"Çiçek Taksi"nin Ayşesi: "İstanbul ölülər şəhərinə bənzəyir" - Müsahibə

"Çiçek Taksi"nin Ayşesi: "İstanbul ölülər şəhərinə bənzəyir" - Müsahibə
25 may 2020
# 09:28

Kulis.az tanınmış türk aktrisa Zuhal Yalçınla müsahibəni təqdim edir.

- Koronavirus xəstəliyinə ilk reaksiyanız necə oldu? Ciddiyə aldınızmı?

- Biz Qaziantep səfərində idik. İlk dəfə orada virus haqda məlumatımız oldu. Çinin Vuhan şəhərində belə bir virusun meydana gəldiyi xəbərini eşitdik. “Çində epidemiya var”, “insanlar evlərindən çıxa bilmirlər” və.s kimi xəbərlər bizi üzmüşdü. İnsanlıq adına narahat olmuşduq.

- Virus Türkiyəyə yayılanda necə hisslər keçirtdiniz?

- Öz adımıza isə heç bir narahatçılığımız, sıxıntımız yox idi. Çünki ağlımızın ucundan belə keçməzdi ki, virus Türkiyəyə gəlib çıxar. Sonra yavaş-yavaş Avropaya yayıldı. Ordan da ölkəmizə ayaq basdı. İlk günlər yoluxma az idi, günlər keçdikcə çoxalmağa başladı. Bundan sonra məsələnin ciddiliyinə vardıq.

Gallery

Mən də yeni seriala başlamışdım. Mardin şəhərinə getmişdim, ev tutmuşdum. Serial da üç həftə fasilə verəcəyini bildirdikdə İstanbula qayıtmağımız lazım idi. Təəssüf ki, İstanbula geri qayıdarkən sonuncu relsə çatdıq. Onda da yer qalmamışdı. Diyarbəkirə, Batmana da uçuşlar təxirə salınmışdı. Amma Şırnak şəhərinə bilet tapa bildik. Bir-iki saata çatacaq yolumuzu 12 saata gəldik. İstanbula çatanda şəhər üçün üzüldüm. Çünki Mardində günlük həyat davam edirdi, virusun təsirini o qədər də hiss etmirdik. Lakin İstanbul ölü şəhər kimi idi. Gördüyüm mənzərə “Elmi fantastika” janrında izlədiyim filmləri xatırlatdı. Realda heç elə filmlərə baxan deyiləm. Lap baxsam da bu nə axmaqlıqdı deyib keçərdim. Necə yəni şəhərlər boş qalıb, heç kim yoxdu, mümkün deyil, deyərdim özümə. Amma mümkün imiş. Açığı bu məsələlər mənə Üçüncü Dünya müharibəsi kimi gəlir. Virusun yayılmasına da inanmıram.

- Niyə?

- Niyəsini bilmirəm, amma içimdən bir səs bütün bu olanların əvvəlcədən düşünülmüş qurğu olduğunu deyir. Ümid edirəm, insanlıq adına daha acılı günlər yaşamarıq. Açıq danışsaq, hazırkı vəziyyətimiz də ürəkaçan deyil. Dünya iqtisadiyyatı inanılmaz bir böhrana doğru gedir. Bunların altından necə çıxarıq, hər şey əvvəlki kimi necə düzələr, deyə fikirləşirəm, nə fayda ki, heç bir fikir deyə bilmirəm və çox üzgünəm.

- Türk cəmiyyəti virusa necə münasibət göstərir, necə mübarizə aparır? Bir ara küçəyə çıxma qadağası oldu. Sosial mediadan gördük ki, yüzlərlə adam çörək növbəsindədir. Bundan sonra isə etirazlar səngimədi. Bu haqda nələr deyərdiniz?

- Burda “mənə heç nə olmaz” deyib gəzən, işi-gücü olmayan avara dəstələri küçələrdədir. Ancaq özünü bilən, gələcəyini, ailəsini, sevdiklərini düşünən hər kəs evlərindədir. Heç kim çölə çıxmır. Dediyiniz kimi bir ara 2 günlük küçəyə çıxmaq yasağı elan olundu. Ani bir qərarla qəbul edildiyi üçün insanların evlərində ərzaq ehtiyacı bitdi. Ona görə də məcbur qalıb çıxmalı oldular. Bəlkə də bu insanların qapalı qalma qorxusundan da yaranıb. Bizdə də sosial məsafələr qorunur, diqqət edilir.

Gallery

- Virusdan necə qorunursunuz? Gigiyenik əməllərə riayət edirsinizmi?

- Mardindən evimə gələndən sonra 14 gün karantində qaldım. Evdən heç çıxmadım. İndi evdən küçəyə çıxa bilirəm. Evdə balaca it saxladığıma görə heç olmasa 15-20 dəqiqəlik çıxırıq. Ən azı onun hava alması üçün. O mənim can dostum, can yoldaşımdı. Binamızın həyətində gəzdirirəm. Tibbi əlcəklərdən, maskalardan istifadə edirəm. Artıq ətrafda robot kimi gəzən adamlar var. Təbii ki, xoşagələn mənzərə deyil. Bundan bir ay əvvəlki normal həyatımızı bəlkə geri qaytara bilməyəcəyik. İnanıram ki, tezliklə bu çətin günlərdən keçərik. Tezliklə vaksinin tapılması üçün dua edirik. İndinin özündə belə vaksin tapılsa, 2 il ərzində bu virusdan xilas ola bilərik. Milyardlarla insan yaşayır dünyada. Hər kəsin dərdi eynidi: koronavirus.

- Karantin günlərində nələrlə məşğul olursunuz?

- İnstaqram, facebook vasitəsilə canlı yayımlar edirəm. İnsanlarla bu formada danışa bilirəm. Toxuculuğu çox sevirəm. Evdə tez-tez oyuncaq toxuyuram, profilimdə paylaşıram. (gülür) Buna görə xoşbəxt hiss edirəm. Əvvəl bu qədər vaxt ayıra bilmirdim. Qalan günlərdə də gündəlik ev işləri görürəm. Kitab oxumağa çalışıram, ancaq çox qəribədi ki, bu günlərdə diqqət edə bilmirəm, üç səhifəni təkrar-təkrar oxuyuram. Ona görə də kitabdan uzağam. “Neftlix”dəki serialları izləyirəm. Bu günlər özümüzlə qaldığımız günlərdir. Səhvlərimizi düzəltməyimiz üçün bir vaxtdır. Bundan sonra çevrəmizə, təbiətə, insanlara, ölkəmizə nələr edə biləcəklərimizi düşünərək keçirdirik. Həyatımız çox sürətlə gedirdi, birdən dayandı və əslində sürətlə yaşadığımız o şeylərin nə qədər mənasız olduqlarını anladıq. İndi bir-birimizə nə qədər lazım olduğumuzu anladıq. Təbiəti necə çirkləndirdiyimizi indi daha yaxşı fərq etdik. Bunların hamısı bizə dərs olmalıdır. Bir məsələ də var ki, hər kəsi maddi cəhətdən çətin günlər gözləyir.

Gallery

- Sizcə dünya bu bəladan nə vaxt xilas ola bilər?

- Epidemiyanın nə zaman bitməsini bilmirəm. Mütəxəssislərin fikirlərinə görə, mayın axırında virus tamamilə yox olacaq. Virus insandan insana keçir və sürətlə yayılır. Ona görə də evlərimizdə qalmalıyıq. Ancaq əsas məsələ, bu vəziyyətə neçə insanın gücü çatacaq? Necə olacaq? Bu barədə heç bir fikrim yoxdur. Çünki bütün sektorlar dayandı.

- Bəzi insanlar bütün bu olanları dünyanın sonu ilə əlaqələndirirlər. Siz necə düşünürsünüz?

- Dünyanın sonu olduğunu deyə bilmərəm, amma bütün alışqanlıqlarımızın sonu olduğunu çox yaxşı bilirəm. Artıq ürəyimiz rahat teatra, kinoteatra, stadionlara gedə bilməyəcəyik. Kütləvi halda bir yerə toplaşa bilməyəcəyik, bu bizi qorxudacaq. Belə olan halda fərd olacağıq. Bu da bizim tənhalığımızı gətirəcək. İnternet, kompüter, sosial şəbəkələrin içinə həbs olunacağıq. Çox üzücü. Texnologiya bizi ələ keçirdi.

Gallery

- Sonda Azərbaycan tamaşaçılarına nələr söyləyərdiniz?

- Evdə qal, Azərbaycan deyirəm. Evdə həyat vardır. Bu sloqan Türkiyənin hər yerində yazılır. Hər şeydən əvvəl Allah hamımızın köməyi olsun. Bu illətdən xilas olmaq üçün, xahiş edirəm, evdə qalın.

# 5953 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #