Anni Erno: “Nobel xəbərini mətbəxdə aldım” – Müsahibə

Anni Erno, yazıçı, Nobel laureatı

Anni Erno, yazıçı, Nobel laureatı

12 oktyabr 2022
# 17:00

Kulis.az Nobel Ədəbiyyat Mükafatı laureatı Anni Ernonun nobelprize.org –ya verdiyi müsahibəni təqdim edir. Qeyd edək ki, sayt hər il ənənəvi şəkildə Nobel laureatları ilə qısa telefon müsahibəsi edir.

– Salam, Anni Ernoyla danışıram?

– Bəli, mənəm, buyurun.

– Bizim hər yeni qaliblə qısa telefon müsahibəsi etmək ənənəmiz var. Hal-hazırda sizinlə qısa bir müsahibə edə bilərik?

– Elə indi?

– Bəli.

– Hə, hə, əlbəttə.

– İlk öncə, sizi təbrik edirəm. Belə başa düşdüm ki, siz mətbuat konfransını yenicə bitirmisiniz.

– Bəli.

– Bilirəm, uzun gün olub, özünüzü necə hiss edirsiniz?

– Günün yarısı deyək, çünki mükafatı qazandığımı saat birdə öyrəndim. Mətbuat konfransı yaxşı keçdi, məncə bütün sualları cavablandıra bildim – mükafat qazanmağın necə bir hiss olduğunu, necə məsuliyyətli olduğunu, bununla necə qürurlandığımı – hər şeyi danışdım. Amma bu mənə yazıçı kimi böyük bir məsuliyyət də gətirdi.

– Xəbəri eşidəndə harda idiniz?

– Mətbəxdə idim. Radionu açdım ki, dinləyim görüm Nobelin nəticəsi açıqlanıbmı?

– Və qalib siz idiniz.

– Bəli, mən idim.

– Xəbəri almağın ən həyəcanlı yolu!

– Hə, mənim üçün əsl sürpriz oldu. Üstəlik, tək idim, yanımda heç kim yox idi. Elə bil, səhradasan və qəfildən səmadan bir səs eşidirsən, bir çağırış gəlir. Təxmini belə bir şey hiss etdim.

– Maraqlıdır. Külliyatınız olduqca zəngindir. Sizi yeni tanıyan bir oxucu hardan başlamalıdır?

– Bilirsiniz, düşünürəm ki, kitablarım mövzu, məzmun, hətta yazı tərzi ilə bir-birindən fərqlidir. Buna görə də, gənc, yaşlı – müxtəlif kateqoriyalı oxuculardan həmişə fərqli rəylər alıram. Amma yəgin ki, bütün oxucuları bir yerə cəmləyə bilən “İllər” kitabım ola bilər. Məncə, hə, belədir.

– Gənclər demişkən, gənc yazıçılara nə demək istərdiniz? Xüsusilə, öz ana dilində yazan yazıçılara hansısa mesajınız varmı?

– Məncə, biz yazırıqsa, mütləq çox mütaliə etməliyik. Görürsən gənc biri deyir ki, “yoxe, mən oxumuram, ancaq yazıram”. Yaxşı, özün bilərsən, amma bu mümkün deyil, belə şey olmur. Və vermək istədiyim ikinci mesaj da budur ki, mühüm olan yaxşı yazmaq üçün çabalamaq deyil, mühüm olan dürüstlükdür.

– Yaxşı məsləhətdir. Bizimlə danışdığınız üçün təşəkkür edirik. Bir daha təbriklər, dekabrda Stokholmda görüşmək ümidiylə, hələlik.

– Hələlik.

6 oktyabr, 2022

# 3622 dəfə oxunub

Oxşar xəbərlər

Frans Şubert kimi özünə ruhani müəllim  hesab edirdi?

Frans Şubert kimi özünə ruhani müəllim hesab edirdi?

18:10 19 noyabr 2025
Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

17:10 19 noyabr 2025
"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

18:45 18 noyabr 2025
Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

17:53 17 noyabr 2025
Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa  qatı cinayətkar?

Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa qatı cinayətkar?

15:00 17 noyabr 2025
Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

10:40 17 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər