Kitab sərgisi

Tibb məntəqəsinin qarşısında dayananda... - Orxan Saffari əsgərlikdən məktub yazdı...

Tibb məntəqəsinin qarşısında dayananda... - Orxan Saffari əsgərlikdən məktub yazdı...
16 avqust 2021
# 14:19

Hər birinizə hərbi salam var!

Artıq bir neçə gündür ki, hərbidəyəm. Qarşıda sizlərə az, mənə isə, az qala, bir qərinə görünən müddət var. Bu yazı bura gəldiyim gün hərbi hissənin tibb məntəqəsinin qarşısında dayananda beynimdə yazıldı. Gözüm ancaq tanış adamlar axtarırdı. Ətrafda hərbi formada yüzlərlə əsgər, onlarla zabit var, mən də formanın üstündəki adlara baxırdım. Üstəlik, məhəllə uşaqlarımı, Bayıl uşaqlarını tapdım. Mülkidə görəndə salam vermədiyim adama da salam verdim.

“Payızov” – gördüyüm ən maraqlı soyad. Hələ ada baxın: “Dədqarı”. “Şamanadze” – bu da soyaddır.

Dediyim kimi, bu yazını elə həmin an yazdım. İndi vaxt tapıb qələmə alıram. Bu yazdıqlarım sadəcə əlavələrdir.

Hərbidə olan dostlar danışanda mənə qəribə gəlirdi. Amma, doğrudan da, burada başqa bir ab-hava var. Mülkidə daim kitab oxuyanlardan qaçsam da, burada ancaq elələrini axtarıram. Hətta axşamlar meyxana da deyirik.

Yazıçı olduğumu az adam bilir. Yanımda yatan uşaq da dirənib ki, sən canın, məndən də yazı yaz.

Qəribə adamlar, qəribə rejim...

Artıq öyrəşmişəm. İndi mənə sadəcə darıxmaq qalır. Dostlar üçün, sevdiklərim üçün çox darıxıram. Hələ yolun başlanğıcındayıq. Sağlıq olsun, daha yaxşı olacaq. İndidən bütün sevdiklərimə, Faiq Ağayevin sözü olmasın, bütün məni sevənlərə hərbi salam göndərirəm. Qayıdanda bir-bir əlinizi sıxacaq, qucaqlayacağam.

Pafoslu olmasın, çalışacam ki, sizi, Vətəni qoruyum.

Siz də özünüzdən muğayat olun, görüşənədək!

Kazarma,

07.08.2021

# 2760 dəfə oxunub

Oxşar xəbərlər

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

17:00 1 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Rembrandtla dostluq edən holland rəssam - Ona niyə  "kiçik xərçəng" deyirdilər?

Rembrandtla dostluq edən holland rəssam - Ona niyə "kiçik xərçəng" deyirdilər?

10:40 1 oktyabr 2025
“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

17:00 30 sentyabr 2025
Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

12:06 30 sentyabr 2025
İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər