Məşhur yazıçı kimin dilini kəsmək istəyirdi?

Məşhur yazıçı kimin dilini kəsmək istəyirdi?
5 noyabr 2019
# 05:00

Kulis.az böyük rus yazıçısı Mixail Bulqakovdan sitatları təqdim edir.

Heç vaxt heç nə xahiş etməyin. Heç vaxt və heç nə! Xüsusən də sizdən güclü olanlardan. Özləri təklif edəcək və özləri hər şeyi verəcəklər.

Sevən insan öz taleyini sevdiyi ilə bölməlidir.

Xoşbəxtlik də sağlamlıq kimidir. Göz önündə olanda ona fikir vermirsən.

İkinci təravət – bu cəfəngiyatdır. Təravət bir dəfə olur – birinci və sonuncu. Əgər ikinci təravət varsa, o içəridən çürükdür.

Heç hara tələsməyən adam hər şeyi çatdırar.

Həqiqət yalnız əzablarla gəlir. Bu həqiqətdir, narahat olmayın. Amma həqiqəti bildiyinə görə sənə nə pul ödəyirlər, nə də pay verirlər. Kədərli olan budur.

Dünyada iki güc mövcuddur: dollar və ədəbiyyat.

Qəddar insanlar yoxdur dünyada, ancaq xoşbəxt olmayanlar var.

Siyasət ədəbiyyata müxalifətdə olduqca, yazıçı həmişə siyasətə müxalifətdə olacaq.

Bəli, insan ölümlüdür. Lakin ən pisi odur ki, o bəzən qəfildən, ölümə fokuslanmadan ölür.

Əlyazmalar yanmır.

İnsanı geyiminə görə mühakimə etməyin. Siz çox böyük səhv etmiş olarsınız.

Biz səninlə ayrı-ayrı dillərdə danışsaq da, bu danışdığımız şeyləri dəyişmir.

Kim deyir ki, əsl və əbədi sevgi yoxdur. Bu yalana görə onun dilini kəsərlər!

- Dostoyevski öldü.

- Etiraz edirəm! Dostoyevski ölümsüzdür!

Özünüz də bilirsiniz ki, sənədsiz insana mövcud olmaq qadağan edilir.

Kimə yönəlməsindən asılı olmayaraq, heç vaxt cinayət törətməyin, qocalığa təmiz əllərlə gedin.

Dünyada dəyişdirilməsi mümkün olmayan şey – faktdır.

Unutmayın, dil həqiqəti gizlədə bilər, amma gözlər heç vaxt.

İnsanı atəş altında qovsan, o müdrik bir canavara çevriləcək. İnsanın ağlını çətin anlarında heyvani instinktlər əvəz edir.

# 3902 dəfə oxunub

Oxşar xəbərlər

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

17:00 1 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Rembrandtla dostluq edən holland rəssam - Ona niyə  "kiçik xərçəng" deyirdilər?

Rembrandtla dostluq edən holland rəssam - Ona niyə "kiçik xərçəng" deyirdilər?

10:40 1 oktyabr 2025
“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

17:00 30 sentyabr 2025
Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

12:06 30 sentyabr 2025
İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər