Halına yandıqların eyləməz ehsan sənə - Sabirin Ömər Faiqə yazdığı tarixi şeir

Halına yandıqların eyləməz ehsan sənə - Sabirin Ömər Faiqə yazdığı tarixi şeir
24 dekabr 2020
# 14:37

Bu gün Azərbaycanın fikir tarixində önəmli addımlar atan, dilimizin, əxlaqımızın, təhsilimizin, ədəbiyyatımızın inkişafında sanballı xidmətləri olan ictimai-siyasi xadim, ədib Ömər Faiq Nemanzadənin doğum günüdür. Kulis.az bu münasibətlə Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin həmkarı haqqında yazdığı şeiri təqdim edirik.
Qeyd edək ki, bu şeirdə Sabir Ömər Faiqi millət naminə can yandırması və müqabilində həbs olunmasına ironik dildə münasibət bildirir.

Soldumu gülzarın, ey Faiq Neman pəsər?
Laləyi-nemanların oldumu xunin cigər?
Sinənə dəsti-qəza çəkdimi sixi-kədər?
Nərkisi-şəhlalərən jaləçəkan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Söyləmədimmi sənə rahət otur heyfsən?
Çəkmə bu millət qəmin, çək özünə keyf sən!
Xana deyildir sənin, getməlisən, zeyfsən!
Eyləmədin etina qissə haman oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Fayidə verməz dedim etdiyin əfqan sənə,
Halına yandıqların eyləməz ehsan sənə,
Məskən olur aqibət, guşəyi-zindan sənə,
Guşəyi-zindan sənə iştə məkan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Mən demədimmi sənə başda otur tac tək,
Durma müqabil, bəla tirinə amac tək,
"Dad məni tutdular" söyləmə dürrac tək,
Balü-pərin nagəhan, tirə nişan oldumu
Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Mən demədimmi sənə girmə işə canilən,
Xovf elə sallaşma çox, bəylərilən, xanilən
Olmagilən həm rəviş, məclisi-iranilən,
Məclisi-İranda bir şevkətü-şan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Mən demədimmi sənə, həzrəti-zişanları
Eyləmə dəvət əbəs, birliyə işanları,
Sən ki, yıxa bilməsən, bunca pərişanları,
Məsələyi-ittihad həllü-bəyan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?

# 3951 dəfə oxunub

Oxşar xəbərlər

"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

16:00 25 avqust 2026
Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

14:20 25 avqust 2026
“Mənə etiraf etdin ki, gecələr...” – “Çervona Ruta” necə yarandı?

“Mənə etiraf etdin ki, gecələr...” – “Çervona Ruta” necə yarandı?

16:00 24 avqust 2026
Yarımçıq qalan ilahi zəriflik - "Uzun boyunlu  Madonna"

Yarımçıq qalan ilahi zəriflik - "Uzun boyunlu Madonna"

14:20 24 avqust 2026
Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

13:00 22 avqust 2026
“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

10:30 22 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər