Fərid Hüseyn Nizamidən mühazirə oxuyub

Fərid Hüseyn Nizamidən mühazirə oxuyub
16 iyun 2021
# 11:59

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı Azərbaycan farsdilli poeziyasının klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci il “Nizami ili” çərçivəsində növbəti onlayn mühazirə keçirib.

Kulis.azın verdiyi xəbərə görə, onlayn tədbiri Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq dövrünün bir sıra ictimai və fəlsəfi məsələlərini yüksək formada əks etdirən, Yaxın Şərq xalqları bədii idrakının zirvəsi olan, yeni intibah ədəbiyyatının möhtəşəm abidələrini yaradaraq dünya ədəbiyyatı tarixində yeni mərhələ, yeni bir tarixi dövr açan müdriklik zirvəsi Nizami Gəncəvi poeziyasının müxtəlif aspektlərdən öyrənilməsi və təbliğinin vacibliyindən bəhs etmişdir. O, bu məqsədlə keçirilən mühazirələrin gənc nəslin Nizami irsinə marağının artırılması üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Sonra Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı, şair Fərid Hüseyn “Tanımadığımız Nizami” mövzusunda məruzə edib.

Məruzədə Fərid Hüseyn Nizami Gəncəvi əsərlərinin yeni rakursdan, fərqli metodoloji sistemlərlə təhlili məsələsinə toxunub. O, bildirib ki, N.Gəncəvi yaradıcılığı ənənəvi yaradıcılıq təkamülü metodologiyası ilə tədqiq edilməməli, ədibin obrazlar sistemi sadəcə əsərlərin yazılma illəri ilə bağlı sadədən mürəkkəbə prinsipi ilə şərh olunmamalıdır.

N.Gəncənin əsərlərindəki qadın surətləri vasitəsi ilə “Xəmsə”nin ideya kateqoriyalarından danışan F.Hüseyn həmin surətlərin Nizami düşüncəsinin, dünyabaxışı formulunun açılması üçün vacibliyi məsələlərinə toxunub. Eyni zamanda, məruzəçi “Sirlər xəzinəsi” əsərinin N.Gəncəvi yaradıcılığının özül əsəri olması, digər məsnəvilərinin ideyalarını adı çəkilən nümunədə icmal şəkildə əks etdirməsi kimi məsələlərə toxunub.

Mühazirəyə xeyli sayda Kürdəmir rayon ümumtəhsil məktəblərinin dil-ədəbiyyat müəllimləri, Nizami yaradıcılığına maraq göstərən məktəblilər və klassik poeziya həvəskarları qoşulmuşlar. Mühazirəçi böyük məmnunluqla dinləyicilərin suallarını cavablandırmışdır. Kürdəmir rayon Təhsil şöbəsinin müdiri Rəfail Məmmədov təhsil işçiləri adından mühazirəçiyə və onlayn mühazirənin moderatoruna təşəkkürünü bildirib.

# 3231 dəfə oxunub

Oxşar xəbərlər

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

18:17 1 iyul 2026
Dərin gölün vampirləri - Vüsal Bağırlının  hekayəsi

Dərin gölün vampirləri - Vüsal Bağırlının hekayəsi

10:00 30 iyun 2026
Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

17:00 29 iyun 2026
Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

15:00 29 iyun 2026
"Dünya başdan-başa nə imiş dedin?" - Əli Kərimin şeirləri

"Dünya başdan-başa nə imiş dedin?" - Əli Kərimin şeirləri

12:00 29 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

14:00 27 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər