Bakıda yeni fotosərgi açıldı

Bakıda yeni fotosərgi açıldı
30 iyun 2021
# 16:03

İyunun 30-da Bakı Fotoqrafiya Evində İordaniya dövlətinin yaradılmasının 100 illiyi münasibətilə “Amman, 100 illik yürüş” adlı fotosərgi açılıb.

Kulis.az xəbər verir ki, sərgi İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfirliyi, Amman Şəhər İcra Hakimiyyəti və “İçərişəhər” İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Tədbiri “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova açaraq bildirib ki, iyulun 4-dək davam edəcək sərgidə siyasi, tarixi və mədəni əhəmiyyətə sahib olan Amman şəhərinin yüz ildən bəri tarixi inkişafını tərənnüm edən 40 ədəd A3 formatında 5 mm-lik foreks üzərində çap edilmiş fotoşəkillər nümayiş olunacaq.

Sərgidə, həmçinin paytaxt şəhərin və onun sakinlərinin mədəniyyətini əks etdirən bir çox fərqli memarlıq və tarixi abidələrin əks olunduğu fotolar da təqdim ediləcək.

İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşeh iki ölkə arasında mövcud olan mədəni əlaqələri yüksək qiymətləndirərək sərdinin ziyarətçilər tərəfindən maraq doğuracağına inamını ifadə edib.

İordaniyanın paytaxtı Amman şəhərinin meri Yusif Şavarben videoçarx vasitəsilə mərasimə qoşularaq tədbir iştirakçılarını salamlayıb və sərginin əhəmiyyətindən söz açıb.

Sərgi İordaniya Krallığına həsr olunmuş müxtəlif sənədli filmlər və ölkənin milli musiqisi ilə müşayiət olunub.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi mövcud karantin rejimi qaydalarına uyğun formada keçirilib.

# 3253 dəfə oxunub

Oxşar xəbərlər

"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

16:00 25 avqust 2026
Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

14:20 25 avqust 2026
“Mənə etiraf etdin ki, gecələr...” – “Çervona Ruta” necə yarandı?

“Mənə etiraf etdin ki, gecələr...” – “Çervona Ruta” necə yarandı?

16:00 24 avqust 2026
Yarımçıq qalan ilahi zəriflik - "Uzun boyunlu  Madonna"

Yarımçıq qalan ilahi zəriflik - "Uzun boyunlu Madonna"

14:20 24 avqust 2026
Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

13:00 22 avqust 2026
“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

10:30 22 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər