Aktyor olmaq istədi, alınmadı, ömrünün 60 ilini qurban verdi – Dünən vəfat edən Xalq artisti kim idi?

Aktyor olmaq istədi, alınmadı, ömrünün 60 ilini qurban verdi – Dünən vəfat edən Xalq artisti kim idi?
5 oktyabr 2021
# 12:37

Vaqif Şərifov 12 avqust 1943-cü ildə Gəncədə anadan olub.

Orta məktəbdə 3-cü sinfə qədər Ağstafada oxuyub, qalan məktəb həyatı Gəncədə keçib. Burada o zamanlar “Alimlər evi” deyilən məkanda bir çox dərnəklər fəaliyyət göstərib. Dərnəyə Xalq artisti Məhəmməd Bürcəliyev rəhbərlik edib.

Sənətə gəlməyinin ilk qığılcımları bu dərnəkdən başlayıb.

Gəncə Dövlət Dram Teatrının baş rejissoru və direktoru Hüseyn Sultanovun dəvəti ilə 1960-cı ildə taleyini Gəncə teatrına bağlayan Vaqifə ilk vaxtlar kütləvi səhnələrdə çıxışlar etmək tapşırılır.

Bir müddət sonra onun istedad və bacarığını görən Xalq artisti Məhəmməd Bürcəliyev 14 aprel 1962-ci il tarixində quruluş verdiyi Yusif Əzimzadənin “Anacan” pyesində ona Dovşan Rəhim rolunu həvalə edir. Bu sınaq Vaqifin həyatında uğurlu olur.

Artıq Gəncə teatrında iki il ərzində püxtələşən Vaqif həmin il Azərbaycan Dövlət İncəsənət İnstitutuna oxumağa göndərilir. Rejissorluq fakültəsində təhsil illəri onun üçün çox maraqlı və həm də uğurlu keçir.

1967-ci ildə təhsilini bitirib doğma Gəncə teatrına qayıdır.

Tələbəlik illərini həmişə söhbətlərində özünəməxsus bir şövqlə xatırlayırdı:

“Doğrusu, mən ilk vaxtlarda aktyor olmaq istəyirdim. Çünki özümü teatrsız, səhnəsiz təsəvvür etmirdim. Vaxt bitdi, vədə yetişdi. sənədlərimi İncəsənət İnstitutuna hazırlayan zaman yenə də Xalq artisti Məhəmməd Bürcəliyev köməyimə çatdı. O, hər zaman mənim uğurlarım ilə sevinir və mənə qol-qanad verirdi. Biləndə ki, aktyorluq fakültəsinə getmək istəyirəm, dəyərli məsləhəti ilə köməyimə çatdı. Dedi, aktyor kimi artıq, demək olar, püxtələşmisən. Gəl sənədlərini rejissorluq fakültəsinə ver. Onda səhnəni daha yaxşı duyacaqsan. Mən də belə etdim”.

1960-cı ildən teatrda əmək fəaliyyətinə başlayır.

Gəncə Dövlət Dram Teatrında rejissor, Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, Ağdam Dövlət Dram Teatrında baş rejissor, yenidən Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, dahs sonra həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışır.

Ömrünün 60 ilini teatra həsr edən Vaqif Şərifov dövlət teatrlarında 120-dən artıq tamaşaya quruluş verib.

Müxtəlif illərdə Nazim Hikmətin “Domokl qılıncı”, Hüseyn Cavidin “Maral”, Cəfər Cabbarlının “Almaz”, “Yaşar”, A.Baranqanın “İctimai rəy”, Y.Saloviçin “Qəribə dilənçi”, Anarın “Şəhərin yay günləri”, Elçinin “Qatil”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, İsmayıl Şıxlının “Dəli Kür”, Orxan Kamalın “Yad qızı”, Nüşabə Məmmədlinin “Unutmaq istəyirəm”, Sahib İbrahimlinin “Sadığın toyu” və s. pyeslərə quruluşlar verir.

Görkəmli sənətkar “Qanun dəllalı” (Mirzə Məhəmməd Axundzadə) tamaşasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl dərviş” mükafatını qazanıb.

1992-ci ildə respublikanın Əməkdar incəsənət xadimi və 2014-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Xalq artisti Vaqif Şərifovun Gəncə Dövlət Dram Teatrının səhnəsində son quruluş verdiyi pyeslərdən biri də Elçinin "Qatil” psixoloji dramı olub.

Vaqif müəllim sentyabrın 28-də daxili qanaxma diaqnozu ilə Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmadı.

O, oktyabrın 5-də vəfat etdi.

# 3812 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #