Yazıçıların sevdiyi yeməklər, içkilər
18 oktyabr 2012
08:00
Hərdən bəyənib yaxın durmadığımız yeməkləri hansısa yazıçının sevdiyini düşünəndə təəccüblənməmək olmur. Kulis.az bu dəfə “The Awl” saytın istinadən, yazıçıların süfrələrini açır. Bu süfrələr bəzən məcburi yeməklərdən, bəzən də zövq xətrinə yeyilən yeməklər və içkilərlə doludur.
Yeməli şeylər
Sobada alma: Çarlz Dikkensin ən sevdiyi yemək sobada alma imiş. F.Skott Fitscerald da almanın vurğunu imiş. 1936-cı ildə “Esquire” jurnalına məqalə yazdığı vaxtlarda, Şimali Karolina əyalətində ucuz otellərin birində qalırmış və gün ərzində çoxlu alma yeyirmiş.
Küncüt halvası: Jan-Pol Sartrın ən çox bəyəndiyi şirniyyat küncüt halvası imiş. O, II Dünya Müharibəsində yazdığı məktublarında Simona de Bovuardan tez-tez bu şirniyyatı istəyirmiş. Məktublarda halvaya aid hissələr bunlardır: “İki qutu da yollamağı yaddan çıxartma”, “Bu gün özümü yaxşı hiss edirəm. Kitabları aldım, amma bağlamada halva yox idi. Başqa bağlamada yollayacaqsan?”.
İtalyan spagettisi: Amerikan yazıçı H.P.Lavkraft həmkarı Vernon Şiyə məktubunda yazıb: “İnsan pendir sevməyə bilərmi?”. Lavkraftın fikrincə, spagettinin ən ləzzətlisi qiymə-pomidor souslu və üzərində Parmesan pendiri olandır. Yenə eyni məktubunda: “Pendiri sevmirsənsə, spagettini də bəyənməyəcəksən, çünki ikisi həmişə bir yerdə bişir”, - yazıb. Yazıçı spagettinin təkcə ləzzətini yox, qiymətini də xoşlayırmış. Spagettinin ucuzluğunun nəticəsidir ki, yazıçı həftədə yeməyinə cəmi 3 dollar xərcləyərmiş.
“Buxanka”: Bu çörək növü Emili Dikkenson və Virciniya Vulfun sevimlisidir. Çörəksevərlər arasında ingilis şair Persi Şelli də var. Şellinin yemək menyusu su və çörəkdən ibarət olub. Onun haqqında belə bir şayiə də var ki, cibində həmişə çörək gəzdirər və oturduğu yerlərə çörək qırıntıları tökərmiş.
Göyərtilər: Aristotel, Alisa Ualker, Ralf Ualdo Emerson, İsaak Başevis Singer və Conatan Safran Foer məşhur vegeterianlardır.
İçkilər
Şampan: Oskar Uayld şampan aludəçisi olub. 1882-ci ildəki Amerika turnesində yanında şampan daşıyan xidmətçiləri də varmış. Hətta 1874-cü ildə həbsxanada olanda da tez-tez ona “Perrier-Jouët” şampanı göndərilməyini istəyərmiş.
Süd: Fransız komediya yazarı Molyer 1667-ci ildə xəstələnib və iki ay ancaq süd içib. Balzak da Molyer kimi mədəsində ağrıları olduğundan süd rejiminə keçib. Kafka da həzm problemlərinə görə ancaq süd və süd məhsulları ilə qidalanırmış.
Qazlı su: Uşaq vaxtı köklükdən əziyyət çəkən Lord Bayron bütün gəncliyini pəhrizdə keçirib. Şair Samuel Rocersin ziyafətində balıq, qoyun əti və şərab olduğunu biləndə Bayron sifarişdən imtina edib, biskvitlə qazlı su istəyib.
Çay: Elə bilməyin ki, çay təkcə azərbaycanlıların sevimli içkisidir. Çayın çox məşhur həvəskarları var. Məsələn, İmmanuel Kant, Sartr, Simona de Bovuar, Pol Oster, Con MacFi günlərini çayla başlayıb çayla da bitiriblər. Stefan Kinq yazmamışdan əvvəl yazı stoluna ya bir stəkan su, ya da çay qoyarmış. Ceyn Osten çayı şəkərsiz içərmiş. C.S. Levis isə çayın ancaq təklikdə içilməyini zəruri hesab edirmiş.
Qəhvə/Espresso: Kofein aludəçisi Marsel Prust bir dəfə ard-arda 16 fincan espresso içib. Həkimi gündə ancaq bir fincan qəhvə içməyi tapşırsa da, Gertrud Steyn buna məhəl qoymazmış. Balzakın sözün əsl mənasında qəhvədən ölməyini bilməyən yoxdur, yəqin.

1728 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024