“Xocalını Sumqayıta görə etdik”

“Xocalını Sumqayıta görə etdik”
26 fevral 2013
# 17:00

Tomas de Vaal:

- Mən də Xocalı ilə bağlı sual vermək istəyirdim. Çünki heç kim çox sayda azərbaycanlının Xocalıdan qaçarkən həlak olduğunu və bunun Əsgəran yaxınlığındakı hansısa Qarabağ dəstələrinin işi olduğunu inkar etmir. Amma, niyə siz bunu peşəkar Qarabağ əsgərlərinin deyil, qəzəblənmiş insanların törətdiyini deyirsiniz?

Serj Sarkisyan:

- Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər. Bundan başqa, demək olar ki, Steranakertin tam yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tutdular. Amma, zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu. Bu gənclərin arasında Bakıdan, Sumqayıtdan qaçanlar da olduğunu nəzərə almaq lazımdır.

Bu, Ermənistan prezidenti Serj Sarkisyanın tanınmış jurnalist Tomas de Vaala verdiyi müsahibədəndir. 1992-ci ilin elə bu günü Xocalıda soyqırıma rəhbərlik edən Sarkisyan az qala etiraf edir: Biz, Sumqayıtın qisasını alırdıq.

4 il əvvəl baş vermiş Sumqayıt hadisələrinin. Amma zaman sübut elədi ki, Sumqayıtda, hə, məhz Sumqayıtda o məlum hadisələri törədənlərin başında da elə…erməni dururmuş: Edurad Qriqoryan.

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıtda baş verrmiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Əslində az sonra, Azərbaycan müstəqilik edəndən sonra məlum olmuşdu ki, bu hadisələr SSRİ dövlət təhlükəsizlik komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.

Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında mətbuatda çox yazılıb.

Sonralar Levon Ter-Petrosyan öz müsahiblərinin birində demişdi ki, Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü.

Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da etiraf edirdi ki, Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu. Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdi.

Əslində Sumqayıt şəhəri təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq Azərbaycan türkünün əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. Hələ Sovet dövründə də "ölü zona" adlandırılan şəhərin yerli əhalisi də yoxsulluq və səfalət ucbatından radikal addımlar atmağa meylli idi. Ona görə də burada geniş miqyaslı iğtişaşlar törətmək mümkün oldu. Bir gün davam edən ixtişaşlar nəticəsində erməni evləri dağıdıldı, onlarla adam yaralandı, 32 nəfər, o cümlədən, 26 erməni, 5 Azərbaycan türkü, 1 ləzgi öldürüldü.

Amma… Amma ən maraqlısı odur ki, öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Zərərçəkmiş Sumqayıt sakini Lila Melkumyan bildirirdi ki, Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı. Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirirdi: "Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü". İstintaq materiallarının başqa bir yerində göstərilir ki,E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır.

Sonradan istintaq sübut etmişdi ki, E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadınını zorlamışdı. Bu cür faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Məhkəmə azərbaycanlı Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal yerinə yetirildi. E.Qriqoryana isə 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı.

Həmin vaxt keçirilən məhkəmədə dövlət ittihamçısı olan Aslan İsmayılov Qriqoryan üçün ömürlük iş istəsə də bu qəbul olunmayıb.

SSRİ DTK-nın sabiq müstəntiqi Valeriy Kirorenko 1988-ci ildə baş vermiş Sumqayıt və 1990-cı ildə Bakı faciəsi zamanı baş vermiş hadisələri araşdırmaq üçün komissiyanın tərkibində olub. Sitat: “ Sumqayıt şəhərində mənim təhqiq etdiyim 18 cinayət işi var idi. Mən həmçinin Edik Qriqoryan adlı residivistin rəhbəri olduğu cinayətkar ünsürlərdən ibarət qrurun törətdiyi cinayətləri də təhqiq etmişəm. Edik Qriqoryanın rəhbərlik etdiyi bu qrur Sumqayıtda yaşayan erməniləri öldürür, zorlayır və evlərini qarət edirdilər”.

Kropenki Qriqoryanın taleyinə aydınlıq gətirməyib. Krirenko bildirib ki, işlərini 5-6 aydan sonra yekunlaşdırıblar. “Həmin o Qriqryan istintaq altında idi. İş məhkəməyə verildi və bundan sonra biz oradan getdik”-deyə keçmiş müstəntiq deyib. E.Qriqoryan isə təşkilatçı kimi cinayəti tamamilə sübuta yetirildiyi halda, 12 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Ardınca isə o cəzasını “çəkmək” üçün Rusiyaya ararıldı. Bundan sonra cinayətkar E.Qriqoryanın taleyinin necə olması bəlli deyil.

Sumqayıt hadisələrin ildönümü ərəfəsində kiçik araşdırma aparmaq qərarına gəldik. Haradadır axı, bu Qriqoryan? Əgər 12 ili satabasaat yatsaydı, 13 il bundan əvvəl azadlığa çıxmalıydı.

Amma belə olmayıb. Qqriqoryan sağdır.

- Düzdür, Ermənistanda deyil. O, Rusiyada cəzasını çəkirdi. Müstəqillikdən sonra, daha dəqiqi 93-cü ildə Ermənistana ekstradisiya olundu. Burda təxminən 8-9 ay həbsdə qaldı. Sonra isə buraxıldı.

Bunu isə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaratdığımız erməni jurnalist Qayane Abramyan deyir. Abramyanın dediyinə görə, Qriqoryandan çoxdandır xəbər yoxdur. Amma eşitdiyimizə görə, Sibirdə, İrkutsk vilayətindədir. Və bu vilayətin kəndlərinin birində təsərrüfatla məşğul olur. Bundan artıq heç nə deyə bilməyəcəm.

Hə, bundan artıq nə deyəcəyik ki?

# 5394 dəfə oxunub

Müəllifin son yazıları

# # #