Şuşada növbəti Vaqif Poeziya Günləri keçiriləcək

Şuşada növbəti Vaqif Poeziya Günləri keçiriləcək
17 iyul 2024
# 16:39

İyulun 17-19-da Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində növbəti Vaqif Poeziya Günləri keçiriləcək.

Kulis.az xəbər verir ki, Poeziya bayramına rəsmilər, ədəbiyyat, mədəniyyət və elm xadimləri, habelə Azərbaycan Yazıçılar Birliyinin (AYB) 90 illik yubileyi münasibətilə ölkəmizdə səfərdə olan türk respublikalarından şair və yazıçılar qatılacaqlar.

Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi, Şuşa Şəhər İcra Hakimiyyətinin qarşısı və Şuşa Otel-Konqres Mərkəzində tədbirlər təşkil ediləcək.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Məhz həmin tədbirdə Ulu Öndər Heydər Əliyev ədəbiyyat xadimlərimizin bu yöndə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.

Qırx iki illik tarixə malik Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfədir təşkil olunur.

# 2702 dəfə oxunub

Oxşar xəbərlər

Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

16:33 26 oktyabr 2026
"Ürək çoxkameralı yaşayış yeridir..." - Trevor Coysdan avanqard şeirlər

"Ürək çoxkameralı yaşayış yeridir..." - Trevor Coysdan avanqard şeirlər

15:30 26 oktyabr 2026
"Günün qürubunda adımı çağırma..." - Serb şairdən "Serenada"

"Günün qürubunda adımı çağırma..." - Serb şairdən "Serenada"

14:00 26 oktyabr 2026
"Tənha həyatım məni səhra kimi dövrələyir..." - Enn Karsonun şeirləri

"Tənha həyatım məni səhra kimi dövrələyir..." - Enn Karsonun şeirləri

14:00 25 oktyabr 2026
"Bivəfasən, mələk olsan belə uymam daha, get!" - Hüseyn Cavidin sevgi şeirləri

"Bivəfasən, mələk olsan belə uymam daha, get!" - Hüseyn Cavidin sevgi şeirləri

13:00 24 oktyabr 2026
“Əhdin var, arzun var, qoyma ölməsin…” - Gülxani Pənahın şeirləri

“Əhdin var, arzun var, qoyma ölməsin…” - Gülxani Pənahın şeirləri

16:23 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər