Nazirlik “Qanun”un bank hesabındakı vəsaiti götürüb

Nazirlik “Qanun”un bank hesabındakı vəsaiti götürüb
16 fevral 2015
# 22:54

“Qanun” nəşrlər evinin dondurulmuş bank hesabındakı 31 min manat vəsait Vergilər Nazirliyi tərəfindən götürülüb.

Müsavat.com-un məlumata görə, Nəşriyyatın bir il ərzində "Azəri-Türk" Bankındakı hesabına yığılan bu vəsaitin silinməsi ötən həftə baş verib.

Bankdan bildirilib ki, həmin məbləğin götürülməsi nəşriyyatın cərimələnməsi ilə əlaqədardır. Nəşriyyat isə hesab edir ki, nazirliyin həmin vəsaiti hesbadan çıxarması qeyri-qanunidir. Bunu nəşriyyatın nazirliyin cərimə qərarından məhkəməyə müraciət etməsi və məhkəmə prosesinin hələ bitməməsi ilə izah ediblər.

Qeyd edək ki, ötən ilin fevral ayının 1-də vergi əməkdaşları nəşriyyata daxil olaraq sənədləri və kompüterləri müsadirə ediblər. Aparılan istintaq çərçivəsində nəşriyyatın işçiləri, eləcə də qurumla əməkdaşlıq edən redaktorlar və tərcüməçilər nazirliyin İstintaq İdarəsi tərəfindən dindirilib. Nəşriyyatla nazirlik arasında məhkəmə prosesləri hələ də davam edir.

# 1281 dəfə oxunub

Müəllifin son yazıları

# # #