Şair Saday Şəkərlinin pulunu mənimsəyən Veysəlov Yusif Arif oğlu həbs edilib.
Bu barədə Axar.az-a şairin hüqularını müdafiə edən hüquqşünas Səməd Vəkilov məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl Rusiya Federasiyasına qaçan Yusif Veysəlov Azərbaycana döndükdən sonra ona Şirvan Apellyasiya Məhkəməsinin iş üzrə çıxarılmış qətnaməsini könüllü olaraq icra etmək təklif edilsə də, o bundan qərəzli şəkildə imtina edib.
Bundan sonra Kürdəmir Rayon İcra şöbəsinin təqdimatı əsasında məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməkdən boyun qaçırdığı üçün 13 fevral 2015-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinin sədri Silduz Ləzimovun qərarı ilə Yusif Veysəlov barəsində 7 günlük inzibati həbs qərarı verilib.
Xatırladaq ki, şair Saday Şəkərlinin dostu Yusif Veysəlov onun etibarından istifadə edərək, 100 min dollarını mənimsəyib.