Elçin Hüseynbəyli: “Bu Çingiz Abdullayevə qarşı böhtandır“

Elçin Hüseynbəyli: “Bu Çingiz Abdullayevə qarşı böhtandır“
10 sentyabr 2015
# 15:46

Çingiz Abdullayevin PEN-Klubun prezidenti olmaması ilə bağlı iddialar böhtandır.” Bu sözləri Kulisə açıqlamasında yazıçı Elçin Hüseynbəyli deyib.

O bildirib ki, bəzi saytların Azərbaycanda Beynəlxalq PEN-Klubun nümayəndəliyinin olmaması və o üzdən də vaxtilə İranda həbs edilmiş azərbaycanlı yazarların məhz PEN-Klub xətti ilə azad edilməsinin doğru olmadığı qənaətindədirlər. Elə ona görə də Çingiz Abdullayevin də Azərbaycan PEN-Klubunun prezidenti olmadığını iddia edirlər: “Şəxsən mən Ç. Abdullayevin yazarlarımızın azad edilməsi ilə bağlı yazılı müraciətinin şahidi olmuşam. Bu məsələdə təkcə PEN-Klubun yox, həmçinin Çingiz Abdullayevin, Anarın və bir çox yazarlarımızın nüfuzu da rol oynayıb.”

Elçin Hüseynbəyli onu da qeyd edib ki, PEN-klub Azərbaycanda 20 ildən çoxdur ki fəaliyyət göstərir.

# 1848 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #