Belarus prezidenti Aleksandr Lukaşenko xaricə gedən yaradıcı adamları sərt tənqid edib. Kulisin rus saytlarına istinadən verdiyi məlumata görə o, Svetlana Aleksieviçi də nəzərdə tutaraq deyib ki, hələ Nobel mükafatını almamış bəzi yaradıcı adamlarımız ölkədən gedərək öz vətənlərini çirkaba bulamağa cəhd edirlər.
“Bu düzgün deyil, bu müxalifətçilik deyil”-prezident daha sonra bildirib.
2015-ci il Ədəbiyyat üzrə Nobel mükafatı sahibi Svetlana Aleksieviç isə prezdentin tənqidinə belə cavab verib: “Lukaşneko mənə zəng edib təbrik edəndə sevinmişdim, başa düşmüşdüm ki, o, siyasətçidir. İndi də belə cür danışır. O, seçkiqabağı dövrdə məni ona görə təbrik etmişdi ki, ölkədə xeyli beynəlxalq komissiya vardı. Bundan başqa xalq qarşısında da simasını qorumalı idi. İndi isə seçki bitib, o, da azaddır.”
Aleksieviç heç vaxt Belarus xalqını tənqid etmədiyini də deyib.