"Zəfər yolu" tamaşası nümayiş olundu

"Zəfər yolu" tamaşası nümayiş olundu
24 sentyabr 2022
# 13:15

Milli Teatr yeni mövsümü “Zəfər yolu” tamaşası ilə açıb


Kulis.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 150-ci teatr mövsümünü “Zəfər yolu” tamaşası ilə açıb. 44 günlük Vətən müharibəsinə həsr olunan səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Tamaşanın nümayişindən əvvəl Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov yeni mövsümün açılışı münasibəti ilə teatrsevərləri təbrik edib. Vətən müharibəsindəki tarixi qələbəmizdən söz açan xalq artisti bildirib ki, tamaşa xalqımızın qazandığı tarixi qələbəyə ərməğandır.

Daha sonra səhnə əsəri təqdim olunub. Yeni yaradıcılıq işinin müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır.

Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov, aktyorlar Elçin Əfəndi, Xədicə Novruzlu, Rada Nəsibova, İlahə Həsənova, İlyas Əhmədov, Afət Məmmədova, Aylin Həşimova, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov, Ramin Şıxəliyev, Elnur Qədirov, Cümşüd Zeynalov, Cavidan Novruz və Vüsal Mustafayev çıxış edirlər.

Hər epizodu alqışlarla qarşılanan tamaşanın premyerasında tanınmış elm və mədəniyyət xadimləri də iştirak ediblər.

# 3759 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər