Zəfər Günü münasibətilə Vyanada “270-ci səhifə“ sənədli filminin təqdimatı keçirildi

Zəfər Günü münasibətilə Vyanada “270-ci səhifə“ sənədli filminin təqdimatı keçirildi
8 noyabr 2024
# 14:03

8 Noyabr - Zəfər Günü münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “270-ci səhifə“ sənədli filminin təqdimatı olub.

Kulis.az xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin Mədəniyyət Mərkəzi ilə birgə təşkil etdiyi tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Tədbirin açılışında Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova və sənədli filmin layihə rəhbəri və ssenari müəllifi Ayaz Mirzəyev çıxış ediblər. Çıxışlarda tam dörd il bundan əvvəl Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyi və münaqişəyə son qoyduğu bildirilib, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid Azərbaycan övladlarının xatirəsi anılıb. Qeyd edilib ki, Azərbaycan Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq naminə ciddi addımlar atır, Qarabağ bölgəsində yenidənqurma və bərpa işləri sürətlə davam edir. Sülh, əmin-amanlıq, regional əməkdaşlıq və inkişafı diqqət mərkəzində saxlayan Azərbaycan, eyni zamanda, qlobal mövzulara da öz töhfəsini verir və yaxın günlərdə Bakının ev sahibliyi edəcəyi COP29 buna bariz nümunədir.

Bildirilib ki, bu sənədli film Azərbaycanın dilbər guşəsi Şuşa şəhərinə həsr olunub və 2022-ci ildə 270 yaşı qeyd edildiyinə görə filmin adı rəmzi olaraq “270-ci səhifə” olaraq seçilib. Diqqətə çatdırılıb ki, Qarabağ xanlığının mərkəzi kimi inşa edilən Şuşa şəhəri “Azərbaycan musiqisinin beşiyi” və Qafqazın konservatoriyası kimi məşhurdur. Burada görkəmli Azərbaycan musiqiçi, şair, yazıçı, ictimai-siyasi xadimləri yaşayıb-yaradıblar.

Filmdə Şuşa şəhərinin tarixi ilk dövrlərdən günümüzədək işıqlandırılır, onun maddi-mədəni irsi, tarixi abidələri, görkəmli tarixi şəxsiyyətləri, bu şəhərin mədəni mühiti barədə bəhs olunur, Şuşa sakinləri işğaldan əvvəlki dövrə aid xatirələrini bölüşürlər.

Ekran əsərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etməsi və şəhərin artıq dirçəlməkdə olmasına yer ayrılıb.

Filmin ardınca artıq bu gün həyatın qaynadığı, sakinlərin geri döndüyü, abadlaşan və dağıntılar altından dirçələn Şuşa şəhərinin görüntüləri də təqdim olunub.

Film təqdimatından sonra ziyafət verilib.

# 1984 dəfə oxunub

Oxşar xəbərlər

İtlərə həsr olunmuş sərgi açıldı

İtlərə həsr olunmuş sərgi açıldı

10:40 2 noyabr 2026
Skorsezedən etiraf:  Şimali Koreya lideri "Kleopatra" filmini necə məhv etdi?

Skorsezedən etiraf: Şimali Koreya lideri "Kleopatra" filmini necə məhv etdi?

10:20 2 noyabr 2026
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi”  tamaşasını izlədı

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izlədı

10:03 2 noyabr 2026
Ədəbiyyatşünas Qurban Bayramov vəfat etdi

Ədəbiyyatşünas Qurban Bayramov vəfat etdi

10:00 2 noyabr 2026
Qulu Ağsəs:  “Kişilər zəhmət çəkib sevməli, qadınlar isə...” – Müsahibə

Qulu Ağsəs: “Kişilər zəhmət çəkib sevməli, qadınlar isə...” – Müsahibə

10:00 2 noyabr 2026
Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər