Yuval Noah Harari Bakıda oxucularla görüşdü

Yuval Noah Harari Bakıda oxucularla görüşdü
2 oktyabr 2023
# 12:50

Oktyabrın 1-də Daş Salnamə Muzeyində 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Bakıya gələn məşhur yazıçı və tarixçi Yuval Noah Hararinin oxucularla görüşü keçirilib.

Kulis.az “APA-Economics”ə istinadən xəbər verir ki, Y.N.Harari tədbir iştirakçılarının müxtəlif mövzularda suallarına cavab verib.

İsrailli yazıçı, tarixçi, futuroloq Y.N.Harari “Sapiens: bəşəriyyətin qısa tarixi”, “Homo Deus: sabahın qısa tarixi”, “21-ci əsr üçün 21 dərs” kimi bestsellerlərin müəllifidir. Onun kitabları 65 dildə 45 milyon nüsxə satılıb.

Y.N.Harari doktorluq dissertasiyasını 2002-ci ildə Oksford Universitetində müdafiə edib. Hazırda Qüds Yəhudi Universitetinin tarix kafedrasında müəllimdir. Onun son mühazirələri süni intellektin sürətli inkişafı və onun cəmiyyətə potensial təsirləri barədə, tədqiqatları isə “Tarix və biologiya arasında hansı əlaqə var?”, “Tarix öyrənildikcə insanlar daha çox xoşbəxt oldularmı?”, “XXI əsrdə elm və texnologiya hansı məsələləri gündəmə gətirir?” kimi makrotarixi suallar ətrafındadır.

Xatırladaq ki, kosmos sahəsinin ən nüfuzlu tədbiri olan Beynəlxalq Astronavtika Konqresi oktyabrın 2-6-da Bakıda keçiriləcək. Tədbir “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusuna həsr olunub. Y.N.Harari konqresin fəxri qonağıdır.

Yuval Noah Hararinin Bakıda oxucularla görüşü keçirilib

# 3122 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

18:42 16 noyabr 2026
Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

18:17 16 noyabr 2026
Yeni "Harry Potter" serialı  etirazlara səbəb oldu

Yeni "Harry Potter" serialı etirazlara səbəb oldu

17:32 16 noyabr 2026
“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

16:57 16 noyabr 2026
Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

16:24 16 noyabr 2026
Azərbaycanın "Şur" muğamı kosmosda

Azərbaycanın "Şur" muğamı kosmosda

16:12 16 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər