Yediyin alma deyil, ayı ciyəridi - Xanəmir

Yediyin alma deyil, ayı ciyəridi - Xanəmir
3 noyabr 2023
# 15:35

Kulis.az Xanəmir Telmanoğlunun "Məni oyadan alma" şeirini təqdim edir.

ey dili qafil fil faili məchul fanı f...

indi gül qədər çox sevirəm almanı
indi gül qədər çox sevirəm almanı
o mənə topraq altda qalmış qədim şəhri xatırladır
almanın içində şəhr uyuyur derlər
şəhrin yuxusu bu qırmızı almanın içində
dərvişəm deyən oğlan tanı almanı
şəhrin yuxusunu üzündə qızardan
adını gün batarkən söylətməyə əmadə
tanı dedim almanı bir gün itsən
car çəkməyə qalmaz hacət yerini verər nişan
hər şey öz yerində almanı yeyirəm
almanı dişləyib yemədinsə
alma üzərində dişlərinin daşında ışıq oynamadısa

ışığın içində bağları qızartmadısa alma
yediyin alma deyil ayı ciyəridi
almanı yeyib özümü nişan verməsəm
dadından allığından almasam iznini
yaşadığım şəhrin qaçar əfsanəsi idimi

alma ağacının kölgəliyində oxudum kitablar
yuxum gəldi uzanıb altında uyudum
vaxt çatanda qışqırıb oyatdı yuxudan məni
bilirdim budaqda bir-biriylə danışır almalar
axşam düşəndə almaların ətri topraqdan gəl(ir)di
yazda günəş kürüsün tökərdi budaqlara
özü də o başdan
dağdan çırtladığı vaxtda
ardınca quş ötüb uçurdu havaya
quşun müjdəsi toxum tutur(du)
bu xatırə deyil almanı dişləməkdir
bizlərdə almanı belə də yeyirlər siz də nuş eləyin
bizlərdə almanı şeirlə yerlər
yaddaşla pay verərlər
almanı yeyirəm dişlərim şəhrə toxunur
həmən yuxulayıb alma olanda yedim şəhri
soyumuz dev soyudur bu dərya şahid olar
bizi dev eləyən
eşqlədən
bu almalardır almalar

# 1088 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərin çörəyi - O. Henrinin hekayəsi

Cadugərin çörəyi - O. Henrinin hekayəsi

16:40 11 sentyabr 2025
"Sapı özümüzdən olan baltalar"ın üzündən..." - Üzeyir Hacıbəyliyə yetişməyən məktubda nə yazılmışdı?

"Sapı özümüzdən olan baltalar"ın üzündən..." - Üzeyir Hacıbəyliyə yetişməyən məktubda nə yazılmışdı?

15:00 11 sentyabr 2025
Mikelancelonun freskalarına qarşı vandalizm aktı

Mikelancelonun freskalarına qarşı vandalizm aktı

14:40 11 sentyabr 2025
Con Lennonun qatilinə şərti azadlıq verilmədi

Con Lennonun qatilinə şərti azadlıq verilmədi

14:31 11 sentyabr 2025
Bakıda tarixi hamamdan qanunsuz istifadənin qarşısı alındı

Bakıda tarixi hamamdan qanunsuz istifadənin qarşısı alındı

14:10 11 sentyabr 2025
"Manifest"in  Türkiyə konsert turu ləğv edildi

"Manifest"in Türkiyə konsert turu ləğv edildi

14:00 11 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər