Yazıçı Netflix-i məhkəməyə verdi

Yazıçı Netflix-i məhkəməyə verdi
25 mart 2023
# 13:20

Yazıçı Jeff Wilson Netflix yayım platformasını müəllif hüquqlarının pozulmasına görə məhkəməyə verir.

Kulis.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Müəllifin sözlərinə görə, şirkət onun “Kraliça Annanın intiqamı” adlı əsərinin süjetindən “Outer Banks” serialının yaradılması zamanı istifadə edib. Wilsonun kitabı 2013-cü ildə işıq üzü görüb və Şimali Karolinanın xarici sahillərində qəzaya uğrayan gəmidə xəzinə axtarışında olan dörd dostun hekayəsindən bəhs edir.

Yazıçı bildirib ki, Netflix layihəsinin əsas personajları onun əsərinin personajları ilə eynidir və süjet xətləri hədsiz dərəcədə oxşardır. O, kitabının "Discovery" və "History Channel" kimi təşkilatlar tərəfindən "təşviq edildiyini" qeyd edib.

Lakin "Outer Banks" seriyalının yaradıcıları Wilsonun yaradıcılığından deyil başqa əsərlərdən və hekayələrdən ilham aldıqlarını bildirdilər.

Müəllif məhkəmə yolu ilə Netflix tərəfindən yayımlanan layihədən ödənişin bir hissəsinin alınmasını tələb edib, həmçinin yayım platformasında serialın reklamını və yayılmasını qadağan etməyə çağırıb.

Qeyd edək ki, yazıçının həmkarı Kevin Wootenin də 2016-cı ildəki kitabının süjetini oğurladığı üçün Netflix-i məhkəməyə verib. Müəllifin kitabı ilə layihə arasında kifayət qədər oxşarlıq olmadığı üçün iddia rədd edilib.

# 2590 dəfə oxunub

Oxşar xəbərlər

"Squid Game" serialının rejissorundan yeni layihə - Elmi-fantastik janrda

"Squid Game" serialının rejissorundan yeni layihə - Elmi-fantastik janrda

11:41 20 noyabr 2026
Proses art -  Dilimiz varlığımızın ifadəsi kimi: perspektivlər və təhdidlər

Proses art - Dilimiz varlığımızın ifadəsi kimi: perspektivlər və təhdidlər

10:42 20 noyabr 2026
Robert De Nironun çəkildiyi film illər sonra ekranlara qayıdacaq

Robert De Nironun çəkildiyi film illər sonra ekranlara qayıdacaq

10:22 20 noyabr 2026
Vyetnamlı ədəbiyyatşünas: "Azərbaycan ədəbiyyatını daha yaxından tanımağa başlayırıq"

Vyetnamlı ədəbiyyatşünas: "Azərbaycan ədəbiyyatını daha yaxından tanımağa başlayırıq"

09:43 20 noyabr 2026
“The Comeback King”  filminin treyleri yayımlandı

“The Comeback King” filminin treyleri yayımlandı

18:51 19 noyabr 2026
Xulio İqlesias  barəsində araşdırma başladı

Xulio İqlesias barəsində araşdırma başladı

17:48 19 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər