Yazıçı günahsız qadını necə xilas etdi? – Ən varlı, ən kasıb dahi

Yazıçı günahsız qadını necə xilas etdi? – Ən varlı, ən kasıb dahi
7 fevral 2024
# 17:00

…hekayələrini səhnələşdirirdilər. O, çox məşhurlaşmışdı. Amma pulu yox idi…


Kulis.az xəbər verir ki, bu gün Viktoriya dövrü ingilis ədəbiyyatının ən məşhur yazıçılarından biri olan Çarlz Dikkensin doğum günüdür.

14 yanvar 1840-cı il, London.

Bir qulluqçu qız yeni doğulmuş uşağını öldürməkdə günahlandırılır. Məhkəmə heyətindən biri dərhal qıza qanunun icazə verdiyi ən sərt cəzanın verilməsinin vacib olduğunu deyir.

Proses başlamazdan əvvəl məhkəmə heyəti uşağın cəsədini görmək üçün morqa gedir. Uşaq üstünə ağ mələfə örtülmüş tabutdadır.

İki aylıq qızı olan andlıların yeni üzvü tabutun qoyulduğu masanı yemək masasına oxşadırdı. Sanki xortdan gəlib uşağı yeyəcək. Amma düşündüklərini digərlərin demirdi.

Andlılar məhkəməsinin yeni üzvü Çarl Dikkens idi.

Məhkəmədə cinayətdə günahlandırılan qadın gəlir. Gücdən düşmüş, xəstə və qorxmuş görünüşü var. Eliza Burqess 24-25 yaşlarındadır.

Yanvarın 2-də işləmək üçün Xanımının evinə gedib. Mətbəxdə çalışarkən uşaq ətəyinin altında dünyaya ölü gəlib. Eliza bir qutu tapıb uşağı içinə qoyub. Evin Xanımı Meri Simmons qızın xəstə və zəif olduğunu görüb doğduğunu başa düşüb. Xidmətçi qız əvvəlcə hər şeyi inkar edib, sonra boynuna alaraq ölü uşağı Xanıma göstərib. Xanım da səlahiyyətli şəxslərə xəbər verib ki, ölü uşağı onun evindən götürsünlər.

Dikkens bu işdə qızı günahsız bilirdi. Ona görə istəyirdi ki, ona heç bir cəza verilməsin. Xanım Simmons Dikkens üçün heç də mülayim bir şahid olmayacaqdı. Tibbi ekspertiza isə dəqiq nəticəyə gələ bilmir. Həkimlər uşağın ölü ya da diri doğulmasını dəqiqləşdirə bilmirlər.

...Dikkens qızı böyük bir həvəslə, elə müdafiə edir ki, axırda qalib gəlir. Qərar: “Uşaq ölü doğulub”. Qız dizləri üstü çöküb təşəkkür edir və özündən gedir. Qız yenə də həbsdə qalacaq, amma ən azından edam cəzası artıq yoxdur.

Məhkəmədən sonra Dikkens evə qayıdır və həbsxanaya yemək göndərilməsini əmr verir. Qızın müdafiəsi üçün çox yaxşı bir vəkil tutur.

Dikkens həmin gecə yata bilmir. Morqdakı ölü uşaq, həbsxana fikri və qorxmuş cahil xidmətçi qızın görüntüsü gözlərinin qabağından getmirdi.

Dikkens həbsxanalarla bağlı çox şey bilirdi. Atasının borclarına görə həbs edildiyini görmüşdü. Həmçinin ölən uşaqlar da ona tanış mənzərə idi- iki qardaşını körpə yaşlarından itirmişdi. Amma özü xoşbəxt və sağlam idi. Evlərində xidmətçi var idi, uşaq vaxtı kölə kimi davranılan qulluqçu qızları görmüşdü.

… Çarlz Dikkens qəzetçi və romançı kimi onu əhatə edən dünyanı anlatmışdı. Onu sevindirən çox şey var idi, amma üzən şeylər də az deyildi. Aclıq, yoxsulluq, cəhalət və Londondakı səfalət. Fitri istedadı və enerjisi ilə yoxsulluqdan xilas ola bilmişdi. Amma o günləri unutmur, arxasını yoxsullara çevirə bilmirdi.

Kitablarında da həmişə diqqəti yoxsulluğa yönəldirdi. Təkcə Eliza Burqessin nümunəsində deyil, bütün həyatı boyunca yoxsullara zamanını və pulunu xərcləməkdə mərd adam idi.

Yuxarıda danışdığımız xidmətçi qız hadisəsi Dikkensin həyatından xırda bir nümunə idi. Bu hadisə bizə Dikkensin xarakterini, həyatını baxışını göstərir. O, alt təbəqədən olan bir qıza kömək edir, onun üçün yemək göndərir, vəkil tutur. Görünən odur ki, Dikkens mübahisələrində qərarlı, yardımlarında mərddir.


Dikkens yazıçılıq fəaliyyətində uğur qazanan adam idi. Amma yorğunluq onu tükəndirirdi. Son dörd ildə üç uzun roman yazmışdı. Romanlar hissə-hissə qəzetdə çap olunurdu, əldən-ələ gəzirdi və bütün İngiltərədə oxunurdu. Dikkensin obrazları gündəlik həyatın içinə qarışmışdı: Pikvik, Sam Veller, Faqin, Oliver, Skuirs, Smayk.

Dikkensin hekayələrini səhnələşdirirdilər. O, çox məşhurlaşmışdı. Amma bu populyarlığın, uğurların bir yükü da var idi. Yazıçı hər şeyi eyni ritmdə saxlamağı bacarmalıydı.

Dikkensin pulu yox idi, pul qazanmaq üçün roman-seriallar yazmaq istəmirdi. Həftəlik çıxan jurnallardan birində redaktorluq etməklə daha çox pul qazana biləcəyi qərarına gəlmişdi.

Bir neçə xidmətçisi, bir atı və 14 yaşında oğlanın sürdüyü arabası var idi. Con Tomson adındakı cavan oğlan hələ 26 il boyunca yazıçıya xidmət edəcəkdi.

1840-cı ilin fevral ayında Dikkensin 28 yaş var idi. Hələ qabaqda 30 il də davam edəcək bir ömür dururdu. Nə xaricdə, nə də daxildə müharibə getmirdi. Amma Londonun küçələrində yoxsulluq başını alıb gedirdi. Demoqrafik partlayış və xəstəliklər ölkənin ən böyük probleminə çevrilmişdi. Amma öz malikanələrində səfa sürən varlıların heç nə vecinə deyildi.

Əsl dəyişiklik siyasətlə deyil, dəmiryolları ilə gəldi. Dəmiryollarının inkişaf etməsi nəticəsində bütün ölkəni əhatə edən poçt sistemi quruldu. Elə birinci ildə ölkədə yazılan məktubları sayı iki qat artmışdı. London fevralın 10-da kral sarayında olacaq toya hazırlaşırdı. Gənc kraliça Viktoriya, alman şahzadəsi Albertlə evlənəcəkdi. Dikkens özünü kraliçaya aşiq olmuş kimi apardı. Vindsora getdi və sevgisini göstərmək üçün qalanın dibində uzanaraq keçənləri təəccübləndirdi.

Dikkens hələ də gənc idi. Dili yaxşı bilmirdi, geyimi çox kobud idi. Qonaqpərvərliyi sərhəd tanımırdı. Eləcə də qəzəbi. Dostları (əksəriyyəti sənətçi idi- yazıçılar və aktyorlar) onu sevirdi və sevgiləri qarşılıqlıydı. Bir az başını dincəldib yazı yaza bilmək üçün şəhərdən kənara çıxandan bir neçə gün sonra dostları gəlib ona qoşulurdular.

Bir şeyi qeyd etmək lazım gələndə parti verərdi. Kart oynamağı sevər və rəqs edərdi. Tez-tez soyuqlayırdı. Xəstəlikləri ilə məzələnməyə çalışırdı: “Səfalət, səfalət... Bütün günü ağladım, burnum o qədər sürtündü ki, bir həftə bundan qabaqkından daha qısadır”

Boş vaxtı qalsın deyə, sürətlə işləyərdi. Gündəlik rejimi çox sərt idi. Səhər duran kimi soyuq duş qəbul edərdi. Səhərlər qaçar və ya ata minərdi. Çox vaxt dostlarından birini çağırıb yeni yerləri kəşf etməyə gedərdi. Axşam 10-da başlayar, səhər qədər işləyərdi. Yaxud da səhər 9-un yarısında durub iş stolunun arxasına keçərdi. Ciddi bir müəllimdən fransız dilini öyrənirdi. Bundan əlavə ədəbiyyatı sevən yoxsul bir gəncə yardım əlini uzatmışdı, vaxt tapanda onun yazdıqlarını oxuyurdu.

Dikkensin bir kompleksi var idi. Olduğu yerdə ətrafı özü düzəltməliydi. Qaldığı otel otaqlarında da mebellərin yerini öz bildiyi kimi dəyişirdi.

Yazıçı siqar çəkər və məktublarında aldığı çaxırlardan, konyaklardan, şampanlardan bəhs edərdi. Nadir hallarda sərxoş olurdu.

Ən çox sevdiyi meyvə böyürtkəndi. İngilislər böyürtkəni kremlə yeməyi xoşlasalar da, Dikkens kremsiz xoşlayırdı. Qutularda satılan xurmaları sevirdi. Londonun bütün teatrlarına gedirdi, istəyəndə özü üçün loja sifariş verirdi. Axşam yeməklərini evdə deyil, restoranlarda yeməyə üstünlük verirdi. Yeməkdən sonra isə dostları ilə və ya tək şəhərdə gəzirdi, düşünürdü.

# 1013 dəfə oxunub

Oxşar xəbərlər

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

18:39 28 noyabr 2024
Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

18:06 28 noyabr 2024
Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

17:42 28 noyabr 2024
"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

17:39 28 noyabr 2024
“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

16:54 28 noyabr 2024
Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

15:45 28 noyabr 2024
#
#
# # #