XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi

XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
10 oktyabr 2024
# 10:25

Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il nazirliyin və Kino Agentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze” (BCB) film festivalının bir hissəsidir.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev bildirib ki, nümayiş olunan filmlərin seçiminə festival heyəti xüsusi həssaslıqla yanaşıb: “Təxminən 800 film festivalımıza təqdim olunmuşdu. Seçim prosesində iştirak edən münsiflərə təşəkkür edirəm. Siz kinosevərlərə isə minnətdaram ki, beş gün müddətində filmləri izlədiniz. Düşünürəm ki, bu günlər təkcə kino nümayişləri ilə deyil, həm də yeni əlaqələrin qurulması, sənət müzakirələri ilə yadda qaldı”.

Sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.

Tammetrajlı film kateqoriyasında “Ən yaxşı təsvir rejissoru” nominasiyasında “Tənha insanın monoloqu” filmi (rejissor Emin Əfəndiyev, təsvir rejissoru Daniel Quliyev), “Ən yaxşı ssenari” nominasiyasında “Bazar günü” filmi (rejissor Şakir Xolikov / Özbəkistan), “Ən yaxşı rejissor” nominasiyasında “Rosinante” filmi (rejissor Baran Gündüzalp), “Ən yaxşı tammetrajlı” nominasiyasında “Baurına salu” filmi (rejissor Asxat Kuçinçirekov/Qazaxıstan) və münsiflər heyətinin xüsusi qeydi olan “Balam” ekran əsəri (rejissor İra Bas/ Rusiya) mükafata layiq görülüb.

Beynəlxalq müsabiqədə “Ən yaxşı animasiya” nominasiyasında “Atamın məktubları” (rejissor Aleksey Yevstinqneyev /Fransa), “Ən yaxşı sənədli film” nominasiyasında “Valeriya” (rejissor Sara Yurinçik / Xorvatiya), “Ən yaxşı rejissor” nominasiyasında “Çuxur” filmi (rejissorlar Kristian Bekə və Oliver Şvabe/ Almaniya), “Ən yaxşı bədii film” nominasiyasında “Demək olar tamamilə yanlışdır” (rejissor Cansu Baydar /Türkiyə), münsiflər heyətinin xüsusi qeydi olan “Taksidermist” (rejissorlar Behzad Alavi və Süsən Salamat Çaqoşi/ İran) və “Acqarına getməyək” (rejissor Yigit Hepsev/ Türkiyə) filmləri mükafatlandırılıb.

“Asiya istedadları” müsabiqəsinin qalibləri “Ən yaxşı film” nominasiyasında “Fələstin adaları” (rejissorlar Nur Ben Selem və Jülyen Menantu) və münsiflərin xüsusi mükafatına layiq görülən “Bədən alverçisi” (rejissor: Alireza Şakeri/ İran) ekran əsərləri olub.

Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatına “Umeşin xronikası” (rejissor Puca Kaul/ Hindistan) və “Səsin arzusu” (rejissor Şinyu Kan/ Koreya) filmləri layiq görülüb.

Münsiflər heyətinin xüsusi mükafatına layiq görülən filmlər “Baba haqqı” sənədli filmi (rejissor Nicat Qulam), “Ən yaxşı sənədli film” nominasiyasında “Babamın evi” (rejissor Leylaxanım Qənbərli), “Ən yaxşı ssenari” nominasiyasında “Şam bağı” (rejissor İlkin Umarov), “Ən yaxşı rejissor işi” nominasiyasında “Qırmızı planetin ikinci rəngi” (rejissor Azər Quliyev) və “Ən yaxşı bədii film” nominasiyasında “Quyu” ekran əsəri (rejissor Rufat Ray) olub.

Yerli müsabiqədə isə (münsiflər heyətinin qeydi) “Qəfəs” filmi (rejissorlar: Murad Allahverdiyev, Ruhulla Rəhimov, Fərid Ayvazov, İlahə Nurullayeva, Şahin Hüseynli, Tural Ələsgərli, Mirtalib Həsənov, Sevinc Quliyeva, Səadət Qurbanova, Sərxan Nəciyev) mükafatlandırılıb.

Sonra tədbirdə iki film nümayiş olunub.

Həmçinin beynəlxalq müsabiqəyə daxil olan filmlərdən kadrlar göstərilib.

Ölkəmizin ən uzunömürlü festivalı olan Bakı Beynəlxalq Film Festivalı bu illər ərzində həm də Kann, Venesiya, Berlin Film festivallarında, “Oskar”da mükafat və uğur qazanmış filmlərin nümayiş məkanına çevrilib.

On beş ildir ki, əzmlə yoluna davam edən bu festival hər il kinematoqrafçıları bir araya gətirir və növbəti illərdə auditoriyasını daha da genişləndirməyi hədəfləyir.

Bakı Beynəlxalq Film Festivalı Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Council”, Azərbaycan Prodüserlər Gildiyasının dəstəyilə təşkil edilir.

# 2039 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər