“Xocalı ayı”: Unutsan, sənə haram olsun... – Mina Rəşid

“Xocalı ayı”:  Unutsan, sənə haram olsun... – Mina Rəşid
10 fevral 2022
# 13:40

Xəbər verdiyimiz kimi, Kulis.az “Xocalı ayı” elan edib. Fevral ayı boyunca saytımıza göndərilən Xocalı haqda şeir, hekayə və esseləri çap edəcəyik.

Kulis.az “Xocalı ayı” çərçivəsində Mina Rəşidin “Unutsan, sənə haram olsun” essesini təqdim edir.

...Yenə fevral ayı gəldi. O dəhşətli gecədə Xocalıda şiddətli atışma, partlayış səslərindən 3-5 yaşlı uşaqların qorxudan titrəyən balaca ürəklərinin tez-tez vuran öldürücü səsi gəlir qulağıma... Onda hələ anlamırdılar onları nələrin gözlədiyini. Hələ ora-bura qaçırdılar. Biri gülləyə tuş gəlir... Ölüm onu elə tez yaxalayır ki, heç anasını çağırmağa vaxtı da qalmır. O biri yaralanır. Elə bil qan qırmızı lalə açılıb köksündə. “Ana” deyə, fəryad qoparır... Sağ qalanlar itirirlər özlərini, bilmirlər harada gizlənsinlər, hansı tərəfə qaçsınlar. Amma nə bilsinlər ki, artıq düşmən əlindədirlər, yalqız, yiyəsiz qalıblar... Düşmən onları görüncə qudurmuş it kimi körpələrin üstünə atılır, toplayıb bir komaya salır... Bir azdan əsl vəhşilərin, azğınların misli görünməmiş “tamaşa”sı başlayacaq. O müsibəti görən gözlər kor olsun, sağır olsun o körpə naləsini eşidən qulaqlar...

...Bunları xatırlamaq, düşünmək belə qorxuncdu, ürək parçalayandı... Fəqət mən bunları duyandan bəlkə hər gün düşünürəm o müsibəti... Unuda bilmirəm, unutmaq istəmirəm də! İndi əlimdə qələm də od tutub yanır sanki... Gözlərim bir cüt kösöv kimi... “Nədən? Niyə?” sualları ilə ürəyim bir parça bulud kimi qaralmış. Köz üstünə yağacaq sanki...

İndi dinlə, əziz həmvətənim, əziz soydaşım, gör o körpəcə balalarımıza neylədi soysuz erməni, azğın, muzdlu rus canavarı, neylədi?... Məsum körpələrin görə-görə gözlərini çıxardı, burnunu, qulaqlarını kəsdi, başının, bədəninin dərisini soydu, gözü doydumu zalımın, söylə, doydumu?...

İstəyirəm, bütün bu müsibətləri sən də biləsən, sən də duyasan və əsla unutmayasan!... Unutsan, sənə haram olsun qarış-qarış gəzdiyin o Cıdır düzü, Laçın yaylağı, Kəlbəcər bulağı, Ağdam oylağı... haram olsun...

# 3600 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycan ordusu: Şücaət və qələbə”  adlı tədbir təşkil edildi

“Azərbaycan ordusu: Şücaət və qələbə” adlı tədbir təşkil edildi

12:39 26 iyun 2026
Cahangir Cahangirovun 105 illiyi münasibətilə musiqi axşamı

Cahangir Cahangirovun 105 illiyi münasibətilə musiqi axşamı

11:38 26 iyun 2026
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür

11:00 26 iyun 2026
Diplomu olmayan dahilər: Universitet üzü görməyən 5 yazıçı

Diplomu olmayan dahilər: Universitet üzü görməyən 5 yazıçı

10:40 26 iyun 2026
Bakıda möhtəşəm konsert: “Əsrlərdən gələn irs”

Bakıda möhtəşəm konsert: “Əsrlərdən gələn irs”

17:00 25 iyun 2026
İtaətdən özünüdərkə: Sufilik və Türk ruhunun yolu - Düzgün Atalı

İtaətdən özünüdərkə: Sufilik və Türk ruhunun yolu - Düzgün Atalı

16:43 25 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər