“Xəzər” jurnalı ADU-da nəşr olunacaq

“Xəzər” jurnalı ADU-da nəşr olunacaq
16 yanvar 2025
# 13:04

“Xəzər” tərcümə və mədəniyyət jurnalı Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə Araşdırmaları Mərkəzinin mətbu orqanı kimi fəaliyyətini davam etdirəcək.

Kulis.az xəbər verir ki, bununla bağlı yanvarın 15-də universitetin rektoru, akademik Kamal Abdullanın iştirakı ilə jurnalın redaksiya heyətinin iclası keçirilib.

İclasda jurnalın nəşri, gələcək fəaliyyəti, müxtəlif ölkələrin ədəbi-bədii orqanları ilə əməkdaşlıq əlaqələrinin qurulması və s. məsələlərlə bağlı müzakirələr aparılıb.

“Xəzər” tərcümə və mədəniyyət jurnalının 2025-ci il üçün ilk sayının mart ayında çap olunması nəzərdə tutulur. Jurnalın məsləhətçisi Xalq yazıçısı Kamal Abdulla, redaktoru yazıçı-tərcüməçi Etimad Başkeçiddir.

Dərginin redaksiya heyətinə Saday Budaqlı, Mahir N.Qarayev, Nəriman Əbülrəhmanlı, Yaşar Əliyev və Cavid Zeynallı daxildir. Həmçinin jurnalın Türkiyə, İtaliya, Rusiya, Qazaxıstan və başqa ölkələrdən olan tanınmış naşir və yazıçılardan ibarət redaksiya heyəti də formalaşacaq.

Jurnalda elmi-nəzəri araşdırmalar, orijinaldan bədii tərcümələr yer alacaq, klassik və çağdaş dünya ədəbiyyatının seçmə nümunələri təqdim olunacaq.

Dərgidə yayımlanacaq rubrikalarda oxucuların dünyagörüşünün artırılması, ədəbi zövqünün formalaşması, estetik dəyərlərin təbliğ olunması kimi faktorlara diqqət yetiriləcək.

Qeyd edək ki, "Xəzər" jurnalı 1989-cu ildən nəşr olunur. Bu ildən etibarən jurnalın Azərbaycan Dillər Universitetinin Tərcümə Araşdırmaları Mərkəzinin nəzdində nəşr olunması ilə bağlı qərar qəbul edilib.

# 3842 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

12:02 13 noyabr 2026
Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

11:36 13 noyabr 2026
"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

11:02 13 noyabr 2026
İlin ən yaxşı 14 ən kitabı seçildi -  Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

İlin ən yaxşı 14 ən kitabı seçildi - Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

10:38 13 noyabr 2026
Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı:  Van Qoqun tablosu 180 milyona satıla bilər

Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı: Van Qoqun tablosu 180 milyona satıla bilər

10:14 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər