Xalqımız hacılara niyə nifrət edir?

Mehdi Dostəlizadə, gənc yazar

Mehdi Dostəlizadə, gənc yazar

19 yanvar 2022
# 11:00

Kulis.az Mehdi Dostəlizadənin "Heykəl" adlı yazısını təqdim edir.

Elə bil dünən hacıların müdafiəsinə qalxıb Əlixanı gözümçıxdıya salanlar bunlar deyildilər. Nə oldu axı? Heç 24 saat keçməmiş Hacı Zeynalabdin Tağıyevin heykəlini sındırdınız. Bəziləri deyə bilər ki, ayrı-ayrı adamların etdiyi qüsurların məsuliyyətini bütöv bir xalq daşımır. Bəs 10 milyon ayrı-ayrı adama necə münasibət bəsləyək?

Axı hər şey bu heykəlin sındırılması ilə başlamayıb və bununla da bitməyəcək. Bu ayrı-ayrı adamlar bankomatların qarşısında növbə mədəniyyətini pozur, hələ də avtobusa arxadan minir (üstəlik bunun üstündə avtobus sürücüsü ilə qanlı-qadalı davaya çıxırlar), zibil qabının düz yanına çatıb zibili yerə atır, küçədə anqırır (bəli, məhz anqırır, qışqırmaq insana məxsus xüsusiyyətdir) və sair və ilaxır işlər görürlər.

Bu gün 28 may metrosunun qabağından keçirdim. İki cavan oğlan məndən pul istədi, mən də olmadığını dedim, üzümü çevirib getdim. Aralarından cüllüt olanı (bax: borzu çumo) məhz anqıraraq:

– Ayə, sənlə deyiləm? Maa bax görüm – dedi.

Özümü sizə mülayim, həlim kimi təqdim etmək fikrim yoxdur. Necə olubsa, elə də yazacağam.

– Nə qışqırırsan ala, düdük? – qarşılıq verdim.

Üstünə xoxlandığımı görüb tonunu dəyişdi, sakitcə danışmağa başladı:

– Qaqa, mən ruçka satıram, istəyirdim alasan. Ehtiyacım var, vallah, bacım xəstədir.

Sonra bir xeyli danışdı, ardını xatırlamıram. Standart yolkəsən avara cümlələri idi. Mən də ona ruçkalarını satmaq üçün uğurlu metod seçmədiyini, insanlarla nəzakətlə davranmalı olduğunu dedim.

Belə vəhşi, barbar məxluqlar bir deyil, iki deyil. Onlar hər yerdə bizim qarşımıza çıxa bilərlər. İki-üç abzas əvvəl sadaladığım mədəniyyətsizlikləri törədən adamlar bu şəxslər və onların valideynləridir.

İndi isə keçək heykəl məsələsinə. Burdan Hacı Zeynalabdin Tağıyevə çox xırda müraciət etmək istəyirəm:
Hacı, mən bilmirəm sən nəyi nəyə görə etmisən? Niyə məktəb açıb, niyə su çəkdirmisən? Amma məni eşidirsənsə, agah ol ki, tikdiyin məktəb viran olub, çəkdirdiyin su da bulanıb.

İkinci müraciətim isə xalqa yox – axı ayrı-ayrı adamların qüsurlarının məsuliyyətini bütöv bir xalqın adına yazmaq olmaz – milyonlarla ayrı-ayrı adamadır. Əziz ayrı-ayrı adamlar, sizə təklif edirəm ki, gələn dəfə Axundovun heykəlinin altından stulu çəkib onu yıxasınız, Sabirin papağını başından çıxarıb yerə atasınız. Sizin həqiqi düşmənləriniz onlardır, hacılar yox.

Bu qədər qara-qura düşünəndən sonra məsələyə optimist tərəfdən də yanaşaq. Deyirlər, heykəl aşırmaq inqilabın, reformun rəmzidir. Mən bilən, Tağıyevin heykəlindən təsbehi sındırıblar. Ümid edək ki, bu kiçik çaplı reform “təsbeh ənənəsi”ni Hacının təsbehi ilə birgə bir kənara tullayar. Allah, sən özün xeyrə cala!

# 6401 dəfə oxunub

Oxşar xəbərlər

Tim Kerrinin ölüm səbəbi açıqlandı

Tim Kerrinin ölüm səbəbi açıqlandı

11:00 5 sentyabr 2026
Allahın varlığını adamı döyməklə sübut edirsiniz? - Taleh Şahsuvarlı

Allahın varlığını adamı döyməklə sübut edirsiniz? - Taleh Şahsuvarlı

20:17 4 sentyabr 2026
Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edildi

Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edildi

18:40 4 sentyabr 2026
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

17:23 4 sentyabr 2026
Yardımlıda orta əsrlərə aid qalıqlar tapıldı

Yardımlıda orta əsrlərə aid qalıqlar tapıldı

16:40 4 sentyabr 2026
Tanınmış rejissor vəfat etdi

Tanınmış rejissor vəfat etdi

16:20 4 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər