“Vəkilova” sənədli filminin təqdimatı oldu

“Vəkilova” sənədli filminin təqdimatı oldu
30 yanvar 2024
# 10:12

Yanvarın 29-da Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli balerinası, SSRİ Xalq artisti, professor Leyla Vəkilovanın 95 illiyi münasibətilə “Vəkilova” sənədli filminin təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən filmin müəllifi və quruluşçu rejissoru Əməkdar artist Samir Səmədov bu layihədə ona dəstək göstərən Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) minnətdarlığını bildirib. Ekran əsərinin 2 ay müddətində ərsəyə gəldiyini söyləyən rejissor vurğulayıb: “Leyla Vəkilova mənim müəllimim olub. Leyla xanım müxtəlif illərdə A.Adamın “Jizel”, R.Qlierin “Qırmızı lalə”, P.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, L.Minkusun “Don Kixot”, A.Kreynin “Laurensiya”, B.Zeydmanın “Qızıl açar”, B.Asafyevin “Bağçasaray fəvvarəsi”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla”, S.Hacıbəyovun “Gülşən” və digər baletlərdə yaddaqalan obrazlar yaradıb. Sənətkar klassik balet elementləri və milli rəqs hərəkətlərimizi ustalıqla birləşdirərək uğurla təqdim edib. Yüksək səhnə mədəniyyəti, ifa texnikası onun yaradıcılığının başlıca xüsusiyyətlərindən olub. Ekran əsəri 3 dildə - Azərbaycan, rus, ingilis dillərində nümayiş olunacaq”.

ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu kinematoqrafçılar tərəfindən hazırlanan bu tip layihələrin reallaşmasını uzun müddətdir arzuladığını qeyd edib. Filmin nümayişinin ardıcıl olaraq iki gün davam edəcəyini söyləyən yazıçı əsl kino sənətinin insanlara yüksək səviyyədə çatdırılmasından məmnunluq duyduğunu bildirib.

Çıxışlardan sonra sənədli film nümayiş olunub.

"AZƏRTAC"

# 2594 dəfə oxunub

Oxşar xəbərlər

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

14:45 12 sentyabr 2026
Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

13:30 12 sentyabr 2026
Məşhur müğənni beynindən əməliyyat olundu

Məşhur müğənni beynindən əməliyyat olundu

13:00 12 sentyabr 2026
Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq

Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq

12:30 12 sentyabr 2026
Hikmət Hacıyev: "İşğal illərində tarixi abidələr “bərpa” adı altında xarici müdaxilələrə məruz qalıb"

Hikmət Hacıyev: "İşğal illərində tarixi abidələr “bərpa” adı altında xarici müdaxilələrə məruz qalıb"

11:53 12 sentyabr 2026
Cem Yılmaz əsa ilə yeriyəcək - Əməliyyatdan sonra

Cem Yılmaz əsa ilə yeriyəcək - Əməliyyatdan sonra

11:30 12 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər