“Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi açılacaq

“Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi açılacaq
22 sentyabr 2023
# 18:20

Sentyabrın 25-də Bakı Musiqi Akademiyasının (BMA) nəzdindəki Opera Studiyasında “Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi təşkil olunacaq.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə BMA nəzdindəki Opera Studiyası tərəfindən təşkil olunan sərginin ekspozisiyasına jurnalist-fotomüxbir Rüstəm Qasımovun Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Koroğlu” operaları, “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarından çəkdiyi şəkillər daxil edilib.

Dahi Azərbaycan bəstəkarı, musiqişünas, dramaturq, pedaqoq və ictimai xadimin Üzeyir Hacıbəylinin yaradıcılığının geniş və çoxşaxəli olmasına baxmayaraq, ziyarətçilərə Rüstəm Qasımovun son bir neçə ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında nümayiş olunan 4 tamaşadan çəkdiyi fotoşəkillər təqdim olunacaq.

Ekspozisiyaya əvvəldən quruluş verilən heç bir fotoşəkil daxil edilməyib. Bütün kadrlar istisnasız olaraq tamaşaların nümayişi zamanı çəkilib. Sərgilənən fotoşəkillərin unikallığı da məhz bundadır. Bunlar sadəcə statik kadrlar yox, davam edən hadisəni, dinamikanı, emosiyanı, hissi, ovqatı, həyəcanı əks etdirən fotoşəkillərdir. Şəkillərdə əsas diqqət emosional tərkibə, mimika və jestlərə yönəldilib. Fotolar Azərbaycan incəsənət ustalarının ifasında canlandırılan Üzeyir Hacıbəylinin operalarının və musiqili komediyalarının sevilən obrazlarının xarakterini dolğun şəkildə açır.

Sərginin əsas məqsədi Azərbaycan musiqisi və Üzeyir Hacıbəyli yaradıcılığının təbliği, o cümlədən ölkəmizdə bu il keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına diqqətin artırılmasıdır.

Həmin gün Opera Studiyasında “Arşın mal alan” musiqili komediyası da nümayiş etdiriləcək.

# 2424 dəfə oxunub

Oxşar xəbərlər

“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər