Uşaq Kitabxanası “Əməkdaşlıq edən kitabxanaların elmi fəaliyyəti” adlı layihədə iştirak edib

Uşaq Kitabxanası “Əməkdaşlıq edən kitabxanaların elmi fəaliyyəti”  adlı layihədə iştirak edib
28 may 2024
# 14:24

16-25 may tarixlərində Rusiya Dövlət Kitabxanası, Avrasiya Kitabxana Assableyası və Müstəqil Dövlətlər Birliyi üzrə Federal Agentliyin təşkilatçılığı ilə Moskva və Kazan şəhərlərində “Birlik Kitabxanalarının Təhsil Əməkdaşlığı”, “Yeni nəsil” adlı layihəsinin novbəti XXVIII konfransı keçirilib. Keçirilən konfransda MDB və digər xarici dövlətlərin kitabxanalarından 1500 gənc mütəxəssis iştirak edib.

Kulis.az xəbər verir ki, həftə ərzində 1500-dən çox gənc mütəxəssis Rusiya Milli Kitabxanasında işləyərək, ideyaları müzakirə etmiş, problemlərin həlli yollarını müzakirə edərək işləyib hazırlayıblar.

Rusiya Dövlət Kitabxanasının nümayəndə heyəti tərəfindən təxminən 50 nəfər gənc kitabxanaçı aparıcı sənaye ekspertləri, bölmələrin daimi komissiyalarının sədrləri və üzvləri seçilib.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşı Ləman Muxtarova “Həyata kitabla addımla” məruzəsi ilə çıxış edib. Çıxışında kitabxananın son illərdə həyata keçirdiyi layihələrdən, xüsusilə, “Bərpanəşr” layihəsi ilə bağlı kitabların nəşri və sağlamlıq məhdudiyyətli uşaqlar üçün kitabların jest dilinə və brayl əlifbasına çevrilməsi, oxuculara təqdim edilməsi, eləcə də 2011-ci ildən həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsinin uğurundan, kitabxananın ölkənin mədəni-ictimai həyatında fəal iştirakını diqqətə çatdırıb. Tədbirin yekun iclasında mədəni irsin formalaşması və inkişafı sahəsində gələcək əməkdaşlıq sahəsində qərar qəbul edilib.
Tədbirin sonunda sertifikatlar təqdim edilib. Ləman Muxtarova geniş və ətraflı çıxışına görə nümayəndələr içərisində “ən yaxşı natiq” kimi spiker seçilib.

# 2162 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər