Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi

Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
17 aprel 2023
# 18:50

Respublika üzrə ilkin olaraq 30 müəssisədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, aprelin 18 və 19-da isə digər müəssisələrdə ilk mərhələ başlanacaq. Ümumilikdə isə festival tədbirləri 121 mədəniyyət müəssisəsində gerçəkləşəcək.

Üç turdan ibarət, 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək insan qatılıb.

Festivalın münsif heyətinə hər nominasiya üzrə üç nəfər olmaqla 2500-dən çox mütəxəssis cəlb edilib. Festival ərzində 320 koordinator və 250 sistem inzibatçısı fəaliyyət göstərəcək.

Festivalda obyektivlik və şəffaflığın təmin edilməsi məqsədilə münsiflərin adları açıqlanmayacaq.

Qeyd edək ki, peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edəcək. II mərhələ iyun-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ əldə edəcəklər.

Final mərhələsi isə sentyabr ayında Bakıda keçiriləcək. Finalın yeri, tarixi və vaxtı festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq.

Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.

# 1887 dəfə oxunub

Oxşar xəbərlər

Erlinq Holandın rep videosu rekord qırdı

Erlinq Holandın rep videosu rekord qırdı

18:00 10 iyul 2026
İngiltərə buna görə 800 milyon funt təzminat ödəyə bilər

İngiltərə buna görə 800 milyon funt təzminat ödəyə bilər

17:30 10 iyul 2026
Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada nümayiş olundu

Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada nümayiş olundu

17:15 10 iyul 2026
Polina Qaqarina AB sanksiyalarının ləğvi üçün ikinci bir iddia qaldırdı

Polina Qaqarina AB sanksiyalarının ləğvi üçün ikinci bir iddia qaldırdı

17:00 10 iyul 2026
“Qarabağın daş yaddaşı”  fotomüsabiqəsi elan olundu

“Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan olundu

15:53 10 iyul 2026
"The Rolling Stones"dan 25-ci albom

"The Rolling Stones"dan 25-ci albom

14:01 10 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər