"Ulduz" jurnalının növbəti sayı buraxılıb

"Ulduz" jurnalının növbəti sayı buraxılıb
13 mart 2025
# 14:10

“Ulduz” jurnalının mart sayı “Yeni nəsil: nəsr - “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə layihəsi” kimi hazırlanıb.

Kulis.az xəbər verir ki, jurnalın bu sayında gənc nəsildən olan nasirlərin - Əli Zərbəlinin “Qəhqəhə”, Nadir Yalçının “İnsan məskən salır”, Mətanət Teymurlunun “İçimdəki yaddaş”, Aysel Şıxlının “Sonsuzadək gülümsəyən uşaq”, Uraqan Abdullayevin “Pianino”, Heyran Zöhrabovanın “Bir gün Səbinəgildə”, Ulucay Akifin “Gözlənilməyən bir qətlin tarixçəsi”, Şamil Həsənin “Bağacıq”, Ayxan Ayvazın “Banan qabığı”, Orxan Həsəninin “Metro terminalının sevgisi”, Lamiyə Məmmədovanın “Pişik”, Həmid Piriyevin “Nəlbəkidə üzən kağz gəmilər”, Furqanın “Onun meyvəsi”, Jalə İslamın “Bizi ayıran yollar bir gün qovuşduracaq...” hekayələri yer alır.

“Tribuna”da Dilarə Adilgil “Seyfəddin Hüseynlinin bir kitabına ikili baxış”dan söz açır. “Şeir vaxtı”nda Nübar Eldarqızıdır. Fərqanə Səfərli və Tabəs Nəcəfzadənin şeirləri, Mir Kamilin qəzəlləri də mart sayında oxucularla görüşür. “Ulduz”un qonağı” rubrikasında Şahanə Müşfiqin qonağı Akademik Dövlət Opera və Balet Teatrının solisti, Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasının rəhbəri, Əməkdar artist Ramil Qasımovdur. “Dərgidə kitab”da filologiya elmləri doktoru Sərxan Xavəri “Məhəmməd Füzuli: situativ vizuallıqdan təsəvvüfi straksiyayadək” yazısını təqdim edir. “Dərgidə sərgi”də rənglər dünyasıyla Aytac Cahangirdir.

# 2860 dəfə oxunub

Oxşar xəbərlər

Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər