Üç sənədli filmin premyerası keçirildi

Üç sənədli filmin premyerası keçirildi
26 noyabr 2022
# 14:10

Nizami Kino Mərkəzində Birinci Qarabağ müharibəsinin Milli qəhrəmanlarına həsr olunmuş 3 sənədli filmin premyerası keçirilib.

Kulis.az xəbər verir ki, qeyd olunan filmlər Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli qəhrəmanları” layihəsi çərçivəsində hazırlanıb.

Rejissor Zülfiyyə Abdullayeva çəkdiyi filmin Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ildə Şuşa üzərində Mİ-8 helikopterində şəhid olmuş Milli Qəhrəman Səfa Axundovun xatirəsinə həsr olunduğunu deyib. Bildirib ki, Cəlilabad və Bakı şəhərlərində çəkilişləri olan filmdə şəhidin məktəb yoldaşları, ailə üzvləri onunla bağlı xatirələrini, maraqlı faktları bölüşüblər.

Rejissor Kəmalə Mirzəyeva bildirib ki, təqdim etdiyi filmdə o, Milli Qəhrəman Niyazi Aslanova bir qadın gözü ilə yanaşmağa çalışıb: “İndiyədək biz müharibə sözünü eşidəndə içimizdə elə bir kədər, qüssə baş qaldırırdı ki, sanki uçuruma yumalanırdıq. Təqdim etdiyimiz filmdə elə bir sevinc, fəxarət və qürur hissi duyulur ki, illər öncə işlərimizdə bunu göstərə bilmirdik. Film Milli Qəhrəman Niyazi Aslanova həsr olunub və onun döyüş yolunu, həyatını çox geniş şəkildə tamaşaçılara təqdim edir”.

Kəmalə Mirzəyeva filmin bugünkü gənclik üçün bir nümunə olacağını deyib: “İnsan qəhrəman doğulmasa da, qəhrəman kimi ölməyi bacarmalıdır. Çoxlarına bu əbədi yolçuluq qismət olmur, amma hər kəs şücaət göstərməyə can atmalıdır. Bircə ona sevinirik ki, az da olsa onların xatirəsini əbədiləşdirərək gələcək nəsillərə çatdıra bilirik”.

Rejissor Elnaz Əbluc filmin çəkilişlərinin İkinci Qarabağ müharibəsindən əvvəl başladığını və müharibədən sonra davam etdiyini söyləyib. Bildirib ki, “Oğlumun gündəliyi” filmində Cəlil Səfərovun oğlu bir aparıcı kimi atasının başına gələnləri danışır.

“Cəlil Səfərov döyüşlərin ilk günü həlak olsa da, Milli Qəhrəman kimi yadda qalıb. Biz filmi çəkməyə başlayanda müharibənin olacağını düşünməmişdik. Ən vacib məqam da odur ki, film müharibədən əvvəl və sonrakı dövrü yaşadığı üçün daha geniş bir zaman kəsiyini əhatə edir”, - deyə Elnaz Əbluc vurğulayıb.

Nümayişdə iştirak edən Milli qəhrəmanların yaxınları, dostları yaradıcı heyətə təşəkkürlərini bildirib, 44 günlük müharibədə qazanılan Qələbəyə görə şəhidlərə borclu olduqlarını dilə gətiriblər.

Sonra filmlərin nümayişinə başlanılıb. Filmlərin siyahısına Milli Qəhrəman Cəlil Səfərova həsr olunan “Oğlumun gündəliyi” (rejissor və ssenari müəllifi Elnaz Əbluc), Milli Qəhrəman Səfa Axundova həsr olunan “Göylərə bağlı Səfa” (rejissor və ssenari müəllifi Zülfiyyə Abdullayeva) və Milli Qəhrəman Niyazi Aslanova həsr olunan “Mən sizinləyəm” (rejissor Kəmalə Mirzəyeva, ssenari müəllifi Vüqar Əsgərov) sənədli filmləri daxildir. Nümayiş olunan filmlərdə Milli qəhrəmanlar qadın rejissorların gözü ilə təqdim olunub.

# 3279 dəfə oxunub

Oxşar xəbərlər

Qorxunc həkim, yoxsa hamıdan xeyirxah insan? - "Doktor Aybolit"in əsl prototipləri

Qorxunc həkim, yoxsa hamıdan xeyirxah insan? - "Doktor Aybolit"in əsl prototipləri

13:30 28 oktyabr 2026
İranda Azərbaycan əsilli rejissorla bağlı həbs qərarı

İranda Azərbaycan əsilli rejissorla bağlı həbs qərarı

13:24 28 oktyabr 2026
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya”  mövzusunda sessiya keçirildi

“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya keçirildi

13:17 28 oktyabr 2026
"Dünyadan qorunmağın yeganə yolu onu dərindən tanımaqdır..." - Con Lokkun sitatları

"Dünyadan qorunmağın yeganə yolu onu dərindən tanımaqdır..." - Con Lokkun sitatları

13:00 28 oktyabr 2026
“Mercury Prize”  mükafatının qalibi açıqlandı

“Mercury Prize” mükafatının qalibi açıqlandı

12:30 28 oktyabr 2026
Coşqun Xəliloğlu  Beynəlxalq Mahmud Qaşqari Hekayə Müsabiqəsinin qalibi oldu

Coşqun Xəliloğlu Beynəlxalq Mahmud Qaşqari Hekayə Müsabiqəsinin qalibi oldu

12:27 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər