“Türkdilli ölkələrin gənc yazarları” adlı virtual sərgi hazırlandı

“Türkdilli ölkələrin gənc yazarları” adlı virtual sərgi hazırlandı
1 dekabr 2023
# 15:15

Dekabrın 1-də Milli Kitabxananın əməkdaşları tərəfindən “Türkdilli ölkələrin gənc yazarları” adlı virtual sərgi və eyniadlı elektron məlumat bazası hazırlanıb.

Kulis.az xəbər verir ki, virtual sərgidə Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına dövlət qayğısının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı, fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, türkdilli ölkələrin gənc yazıçıları haqqında qısa biblioqrafik məlumat və tammətnli nəşrlər nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Turkdilli_olkelerin_genc_yazarlar%C4%B1/index.htm linkindən istifadə edə bilər.

Təqdim olunan Elektron məlumat bazası “Rəsmi sənəd”, “Gənc yazarlar”, “Nəşrlər” bölməsindən ibarətdir. “Rəsmi sənəd” bölməsində Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Gənc yazarlar” bölməsində yazarlar haqqında qısa biblioqrafik məlumat və onların əsərlərinin bir hissəsi təqdim olunur. “Nəşrlər” bölməsi “Kitablar” və “Məqalələr” adlı 2 yarımbölmələrdən ibarətdir. Bazada təqdim olunan gənc yazarların əsərləri tam mətnləri ilə verilib.

Elektron məlumat bazasına keçid üçün link: http://anl.az/el/emb/Genc_Yazarlar/index.html

# 1995 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər