Tofiq Tağızadənin ən yaxşı 5 filmi - Siyahı

Tofiq Tağızadənin ən yaxşı 5 filmi - Siyahı
7 fevral 2025
# 14:46

Bu gün görkəmli rejissor Tofiq Tağızadənin doğum günüdür.

Kulis.az onun ən yaxşı 5 filmini təqdim edir.

"Arşın mal alan"

Mİllİ KİNO TARİXİMİZDƏN – “ARŞIN MAL ALAN” – AKI

Bakı. XX əsrin əvvəli. Gənc tacir Əsgər (Həsən Məmmədov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb, sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman (Hacımurad Yegizarov) onun köməyinə gəlir...

Film bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında ekranlaşdırılıb.

Film 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalında Ən yaxşı musiqili filmə görə Gürcüstan SSR Bəstəkarlar İttifaqının prizinə layiq görülüb.

"Yeddi oğul istərəm"

Film inqilabın qələbəsinə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan qəhrəman oğulların hekayəsidir.

Film Xalq şairi Səməd Vurğunun "Komsomol poeması"nın motivləri əsasında çəkilib və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunub.

"Uzaq sahillərdə"

Uzaq sahillərdə filmi: 26 yaşlı Mixayloya 105 illik sevgi, 65 illik ehtiram

Film Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilib.

Film 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalının diplomuma layiq görülüb və bəstəkar Qara Qarayevə filmin musiqisinə görə II mükafat verilib. Film, həmçinin Daşkənd kinofestivalının qalibi (1959) olub.

"Mən ki gözəl deyildim"

Çəkilişində rejissorun, operatorun, fotoqrafın həlak olduğu filmimiz - "Mən  ki gözəl deyildim"in faciəvi kadr arxası

Filmin mərkəzində Səidə adlı (Xuraman Qasımova) gənc qızın taleyi durur. Burada İkinci Dünya müharibəsi illərində kənddə adamları bir-birinə bağlayan dostluq əhval-ruhiyyəsi, əzizləri cəbhədə həlak olan ailələrin dərdinə həmyerlilərin şərik çıxmaları, ümumi işin xeyrinə gecə-gündüz işləməyə hazır olmaları əks etdirilib.

Birinci çəkiliş günündə faciə baş verib. Lənkəranın Port İliç (Liman) qəsəbəsində filmin ilk epizodunu çəkən zaman pirotexnik partlayış effektini yaratmaq istəyirlər. Lakin texniki səhv ucbatından əsl partlayış baş verir. Nəticədə, dörd nəfər – fotoqraf, iki assistent, rejissor Ramiz Əsgərov həlak olur. Beş nəfər isə yaralanır. Yaralılar arasında çəkiləcək filmin operatoru Rasim Ocaqov, aktyor Ələddin Abbasov da var idi. Sonradan Ağarza Quliyev, Tofiq Tağızadə filmi başqa quruluşda çəkiblər.

Film yazıçı Bayram Bayramovun eyniadlı povesti əsasında ekranlaşdırılıb.

"Köpək"

Film köpəyə dönmüş məzlum insanlar, onların faciəsi haqqındadır. İş axtaran bir qrup insan oğurlanaraq qul kimi işlədilir.

Eyni zamanda, filmdə deyilir ki, hansı şəraitə düşürsə düşsün, qarşısına nə kimi çətinliklər çıxırsa çıxsın, insan insan olaraq qalır.

# 2933 dəfə oxunub

Oxşar xəbərlər

Rafaelin sirli tablosunun altından nələr çıxdı? - Qadın idealının əsrlərlə dəyişən siması

Rafaelin sirli tablosunun altından nələr çıxdı? - Qadın idealının əsrlərlə dəyişən siması

18:21 21 aprel 2026
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi açıldı

Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi açıldı

17:21 21 aprel 2026
Kukla Teatrına direktor müavini təyin olundu

Kukla Teatrına direktor müavini təyin olundu

17:02 21 aprel 2026
Çelikin "hörmətsizliyi", yoxsa cəmiyyətin "selfi terroru"?

Çelikin "hörmətsizliyi", yoxsa cəmiyyətin "selfi terroru"?

16:35 21 aprel 2026
Barat Vüsalın yaradıcılıq gecəsi keçiriləcək

Barat Vüsalın yaradıcılıq gecəsi keçiriləcək

16:00 21 aprel 2026
“İRS” nəşriyyat evinin nəşrləri müzakirə olundu

“İRS” nəşriyyat evinin nəşrləri müzakirə olundu

15:37 21 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər