“Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilir

“Təbəssüm üçün musiqi”  adlı silsilə tədbirlər həyata keçirilir
29 may 2024
# 13:00

Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəbləri arasında yaradıcılıq və mədəni mübadilənin təşviqinə yönəlmiş, eyni zamanda şəhər sakinləri və qonaqların zövqünü oxşayan “Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilir.

Kulis.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun və "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin dəstəyi ilə reallaşdırılacaq.

Bu layihənin əsas məqsədi şəhərin müxtəlif məkanlarında (açıq havada) paytaxtın musiqi və incəsənət məktəbləri şagirdlərinin ifasında konsert proqramları təşkil etmək, gənc musiqiçi, rəssam və rəqqasların öz istedadlarını nümayiş etdirməkləri üçün şərait yaratmaq, eyni zamanda şəhərin mədəni mühitinə özünəməxsus rəng qatmaqdır.

2024-cü ilin may–iyun aylarını əhatə edəcək silsilə tədbirlərin açılış konserti 28 may tarixində saat 18:00-da Bakı şəhəri Fəvvarələr meydanında baş tutacaq. Ümumilikdə layihə çərçivəsində Bakı şəhərinin 20-dək musiqi və incəsənət məktəbinin şagirdlərinin iştirakı planlaşdırılır.

Qeyd edək ki, dünyanın bir çox paytaxt şəhərlərində ənənəvi olaraq şəhərin incəsənət kollektivləri açıq səhnə təqdimatları ilə özünəməxsus kolorit, fərqli ab-hava və baxımlı sənət nümunələri nümayiş etdirirlər. Bu da daha geniş ictimaiyyətlə canlı təmas və fərqli təqdimat üçün əlverişli imkan yaradır. Belə təcrübədən faydalanaraq Bakı şəhərinin musiqi və incəsənət məktəbləri, mədəniyyət könüllülərinin iştirakı ilə paytaxtımızın mədəni mühitinin zənginləşməsinə töhfə verəcək, habelə şəhər sakinləri və paytaxta təşrif buyurmuş qonaqların zövqünü oxşayacaq “Təbəssüm üçün musiqi” adlı layihəni həyata keçirir.

# 1806 dəfə oxunub

Oxşar xəbərlər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

10:12 7 noyabr 2026
Tbilisidə Zəfər Günü  qeyd olundu

Tbilisidə Zəfər Günü qeyd olundu

09:39 7 noyabr 2026
AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

09:28 7 noyabr 2026
"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər