Teatr Günü münasibətilə ICESCO-nun müraciəti

Teatr Günü münasibətilə ICESCO-nun müraciəti
27 mart 2024
# 14:10

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı bu gün dünya ictimaiyyətinin geniş şəkildə qeyd etdiyi Ümumdünya Teatr Günü münasibətilə müraciət yayıb.

Kulis.az xəbər verir ki, müraciətdə teatr sənətinin bəşəriyyətin mədəni irsinə verdiyi misilsiz töhfə vurğulanıb. ICESCO-nun müraciətində deyilir: “Hər il martın 27-də teatr sənətinin bir ilham mənbəyi kimi dünyada incəsənətin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqində rolunu, müxtəlifliyi və bəşər tarixinə mədəni təsirini təşviq edən, habelə onun qeyri-maddi sivilizasiya irsinin ayrılmaz hissəsi olduğunu vurğulayan Ümumdünya Teatr Günü qeyd edilir.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı bu fürsətdən istifadə edərək, teatr sənətini dəstəkləmək, mədəni dialoqu təşviq etmək və təşkilata üzv dövlətlərdə teatr artistlərinin bacarıqlarını inkişaf etdirmək öhdəliyini təzələyir. Təşkilat, eyni zamanda, elmi nəşrlər və simpoziumlar vasitəsilə, xüsusən də süni intellektin yaratdığı problemlər və onun insan yaradıcılığının azaldılmasına təsiri fonunda əcdadların mirası olan bu vacib sənətin rolunun gücləndirilməsi istiqamətində göstərilən səyləri vurğulamağa çalışır”.

ICESCO vurğulayıb ki, bununla əlaqədar olaraq, təşkilat İslam dünyasında teatrın mədəni kimliyini möhkəmləndirməyə yönəlmiş bir sıra bələdçi nəşrləri, habelə məktəblilər üçün bədii və teatr təhsili üzrə rəhbər tədqiqatın hazırlanması üzərində işləyir.

Müraciətin sonunda qeyd olunub: “ICESCO Ümumdünya Teatr Günündə xüsusi ehtiyacı olan insanların teatr tamaşalarına inteqrasiyası və sosial birliyin möhkəmləndirilməsi ilə yanaşı, bu sənət növünü inkişaf etdirmək, artistlərin hazırlanmasını təşviq etmək və səhnə sənətinin qoruyub saxlamaq üçün üzv dövlətlərinin səylərini dəstəklədiyini bir daha təsdiqləyir.

Qeyd edək ki, Ümumdünya Teatr Günü 1961-ci ildə Beynəlxalq Teatr İnstitutu (ITI) tərəfindən təsis edilib. Beynəlxalq qeyri-hökumət təşkilatı olan ITI 1948-ci ildə UNESCO və beynəlxalq teatr ictimaiyyəti tərəfindən yaradılıb.

# 2211 dəfə oxunub

Oxşar xəbərlər

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

11:00 11 noyabr 2026
“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

10:40 11 noyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:20 11 noyabr 2026
Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər