Tanınmış rok musiqiçisi vəfat etdi

Tanınmış rok musiqiçisi vəfat etdi
15 aprel 2023
# 17:00

İrlandiyalı gitaraçı və bəstəkar, İrlandiyanın "The Script" rok qrupunun həmtəsisçisi Mark Şihan 47 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə qrupun Twitter səhifəsində məlumat verilib. O, qısa sürən xəstəlikdən sonra dünyasını dəyişib.

“Çox sevilən həyat yoldaşı, ata, qardaş, qrup yoldaşı Mark Şihan qısamüddətli xəstəlikdən sonra bu gün xəstəxanada vəfat edib. Ailə və qrup pərəstişkarlarından bu faciəvi gündə onun şəxsi həyatına hörmət etmələrini xahiş edirik", - deyə məlumatda qeyd olunub.

"The Script" 2001-ci ildə Dublində Sheehan və onun orta məktəb dostu, vokalçı və klaviaturaçı Danny O'Donoghue tərəfindən yaradılıb. Qrupun adı ilə eyniadlı ilk albom yalnız İrlandiyada deyil, həm də qonşu Böyük Britaniyada dərhal hit-paradların zirvəsinə qalxmağı bacarıb.

Debüt sinqlı "We Cry" isə İngiltərədə 15-ci yerə yüksəlib. Qrupun 2010-cu ildə işıq üzü görən ikinci albomu "Science & Faith"də eyni dərəcədə uğurlu olub. O, həmçinin ABŞ-də 3-cü yerə çıxmağı bacarıb.

Марк Шихан

# 1958 dəfə oxunub

Oxşar xəbərlər

Həssas kateqoriyadan olan gənclərin iştirakı ilə “Məni dinləyin” adlı monotamaşa

Həssas kateqoriyadan olan gənclərin iştirakı ilə “Məni dinləyin” adlı monotamaşa

17:36 29 aprel 2026
"Türkoloji qurultay - 100”  İstanbul simpoziumu keçirildi

"Türkoloji qurultay - 100” İstanbul simpoziumu keçirildi

17:30 29 aprel 2026
Kiyevdə tədbir: “Lesya Ukrainka Azərbaycan mədəniyyət məkanında”

Kiyevdə tədbir: “Lesya Ukrainka Azərbaycan mədəniyyət məkanında”

16:10 29 aprel 2026
"Haqqında danışa bilmədiyimiz şeylər barədə susmalıyıq..." - Vitgenşteyn üçün insan kim idi?

"Haqqında danışa bilmədiyimiz şeylər barədə susmalıyıq..." - Vitgenşteyn üçün insan kim idi?

16:00 29 aprel 2026
“Macar Rapsodiya Layihəsi” Azərbaycanda

“Macar Rapsodiya Layihəsi” Azərbaycanda

11:55 29 aprel 2026
Poeziya gecəsi: “Mənim dostum Səməd Vurğun”

Poeziya gecəsi: “Mənim dostum Səməd Vurğun”

11:38 29 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər