Şuşada I Türk Dünyası Mədəniyyət Forumu təşkil olunacaq

Şuşada I Türk Dünyası Mədəniyyət Forumu təşkil olunacaq
9 fevral 2023
# 15:30

Bu il may-iyun aylarında Şuşada Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun təşkil ediləcək.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nında əksini tapıb.

Forum çərçivəsində Beynəlxalq Türk Akademiyası ilə birgə türk dünyasında ortaq mədəni irsin, tarix-memarlıq abidələrinin qorunması, bərpası və tanıdılmasına həsr olunmuş tədbir, TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısı, Türk Dünyasının Mədəni Marşrutu layihəsinin təqdimatı, TÜRKSOY Muzeylər Birliyinin toplantısı və digər tədbirlər keçiriləcək.

Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tədbirlərin təşkili həvalə edilib.

# 2381 dəfə oxunub

Oxşar xəbərlər

"Yaltaqlıq bu gün ən sərfəli valyutadır" - Qorxmaz Quliyev

"Yaltaqlıq bu gün ən sərfəli valyutadır" - Qorxmaz Quliyev

19:00 9 iyul 2026
50 yaş  təkcə təqvim rəqəmi deyil... - Miri Rəsulzadə

50 yaş təkcə təqvim rəqəmi deyil... - Miri Rəsulzadə

18:30 9 iyul 2026
"Kafir" adlandırıldı, dəfninə 15 nəfər getdi - Seyid Əzim Şirvani niyə rus dilini öyrənməyimizi istəyirdi?

"Kafir" adlandırıldı, dəfninə 15 nəfər getdi - Seyid Əzim Şirvani niyə rus dilini öyrənməyimizi istəyirdi?

17:00 9 iyul 2026
Vaqif Poeziya Günləri başlayır

Vaqif Poeziya Günləri başlayır

16:35 9 iyul 2026
Azərbaycanlı alim vəfat etdi

Azərbaycanlı alim vəfat etdi

16:20 9 iyul 2026
“Yazıçı, publisist Şamo Arif - 90”  adlı sərgi açıldı

“Yazıçı, publisist Şamo Arif - 90” adlı sərgi açıldı

16:00 9 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər