Soltan Soltanlının rəngkarlıq və qrafika əsərlərindən ibarət kataloq nəşr olunub

Soltan Soltanlının rəngkarlıq və qrafika əsərlərindən ibarət kataloq nəşr olunub
1 fevral 2025
# 10:31

“Postmodern” nəşriyyatında görkəmli Azərbaycan rəssamı Soltan Soltanlının rəngkarlıq və qrafika əsərlərindən ibarət “Anlam” adlı kataloq-albomu işıq üzü görüb.

Kulis.az xəbər verir ki, 96 səhifəlik kataloqda rəssamın son illərdə yaratdığı əsərlər yer alıb.

Nəşr müəllifin ön sözüylə başlayır. Rəssam qeyd edir ki, sərgi salonları, teatrlar, kino zalları, kitabxanalar, bir sözlə, sənət ocaqları – dünyəvi insanların məbədidir: “Fikrimcə, rəsm əsəri tamaşaçıyla danışmalı, özünü ona izhar etməli, tablo ilə seyrçi arasında hansısa anlaşılmazlıq qalmamalıdır. Ona görə bu albomda görəcəyiniz əsərlərimi mümkün olduqca “danışdırmışam”, ən dərin anlamları onlara yükləmiş, düşüncə və duyğularımı tamaşaçılara sadə yolla çatdırmağa çalışmışam.”

Albomun sonunda rəssam haqqında bilgilər yer alır.

Qeyd edək ki, Soltan Soltanlı 1997-ci ildən ölkəmizi rəssamlıq üzrə beynəlxalq yarışma, festival və sərgilərdə əsərlərilə təmsil edir.

Rəssam çoxlu beynəlxalq mükafatlar qazanıb, əsərləri dünyanın 50-dən çox ölkəsindəki muzey və şəxsi kolleksiyalarda yer alır.

Kataloqu “Əli və Nino” kitab mağazalar şəbəkəsindən əldə etmək olar.

# 2030 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər