Skuter sürə bilməyən azərbaycanlılar

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

2 iyun 2023
# 17:36

Kulis.az Ulucay Akifin “Skuter sürə bilməyən azərbaycanlılar” adlı yeni yazısını təqdim edir.


Ölkədə hərdən gözəl şeylər də baş verir.

Bayaq saytlardan oxudum:

“Bulvarda skuter sürülməsi qadağan edilib”.

Çox əla!

Utanmayın, deyin ki, dövlət imkan vermir camaat rahat yaşasın, əylənsin.

Sizi bilmirəm, mənim bütün əsəblərimi xarab eləmişdi bu skuter sürənlər.

Hər şeyi qaraçı kimi edirik.

Azərbaycanlılar skuterlə tanış olandan, şəhərdə qorxa-qorxa gəzirəm ki, bu dəqiqə kimsə skuterlə üstümdən keçəcək.

Vəhşi kimi sürürlər.

Nolub? Nə görməmişlikdi?

Bunu adam balası kimi sürmək belə çətin şeydi?

Özü də qışqıra-qışqıra sürənlər var e.

Nolub, ay qardaş? Skuterdi də.

Bunu asta-asta , zövq ala-ala, qışqırmadan, bağırmadan sür də.

Hələ skuter kirayələmək işinə baxanları demirəm.
Əvvəl qızla şəhərdə gəzəndə, gül satan qaqaşlar gəlib gülü ağzına soxurdu ki "Qaqaş, gül verim?".

İndi qızla iki addım atırsan, çinqaçuqlara oxşayan qaqaşlar əllərində skuterlə gəlir ki "Qaqaş, skuter lazımdı?"

Məzələnirsiniz?

Hə, bu dəqiqə skuter lazımdı elə bizə.

İşim-gücüm qurtarıb, qızı götürüb şəhərə çıxmışam ki, skuter sürək.

Ulucay Akifəm e mən! Gir bir google-da “Ulucay Akif” yaz, gör nə çıxır? Qızla şəhərə skuter sürməyə çıxanam mən?

Mənə deyir ki “Qaqaş, skuter verək?”.

Lazım olsa, özüm yaxınlaşıb, pulunu verib kirayələyəcəm də.

"Qaqaş, skuter lazımdı?" nədi?

Dəlixanadı, Allah haqqı.

# 6218 dəfə oxunub

Oxşar xəbərlər

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

16:26 13 noyabr 2026
“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

16:26 13 noyabr 2026
Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

15:54 13 noyabr 2026
Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

15:35 13 noyabr 2026
30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

14:54 13 noyabr 2026
Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

14:27 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər