Şəxsi problemlərinə görə şantaja əl atan qadınlar

Şəxsi problemlərinə görə şantaja əl atan qadınlar
18 sentyabr 2023
# 15:30

Kulis.az Ülvi Bahadırın "Bivəfa şantaj" adlı yeni yazısını təqdim edir.

Səhərin payız çağı oturmuşam işdə. Pürrəngi çayımdan qurtumlayıb işimi görürəm. Qəfildən deyirlər ki, bəs yurdumun insanları yenə dinc durmayıb. Yenə bir-birini daşlamaqla, dişinin dibindən çıxanı deməklə məşğuldur.

İndi gəl, bunlara nəsə reaksiya ver.

Nə deyəsən? Nə danışasan?

Hansı birinə barmaq silkələyəsən?

Ancaq incəvara bu dəfə mövzu daha ciddidir.

Şantaj!

Nəysə... Çox uzadıb özümün də, sizin də başınızı ağrıtmayım.

Deməli, bayaq bir video gördüm, bütün əhvalım təlx oldu, günüm göy əsgiyə büründü.

Bir qadın video çəkib, deyir ki, Sədərək bazarının sahibinin qardaşı oğlu bir qrup şəxslə onu döyüb.

Yəqin ki, bu məsələ çox ciddi araşdırılacaq. O zamana qədər yazdıqlarımızın hamısı ehtimaldır.

Açığı, qadın son dərəcə rahat danışırdı.

Sanki ömür boyu bu çıxışa hazırlaşıb.

Heç Martin Lüter Kinq özündən bu qədər əmin deyildi.

Bəs bu əminlik haradan yaranır?

Bizdə həmişə kim belə video çəkib paylaşırsa, hamı onu dəstəkləyir.

Deyirlər ki, “yazıq, başına nəsə gəlməsə, eləməz”.

Belə hallarda problem qarşı tərəf üçün yaranır.

Ya bölməyə çağırıb pulun alırlar, ya işdən çıxarırlar, ya da onlar üçün şəxsi problemlər yaranır.

Sonra bəlli olur ki, sən demə, adamın heç bir günahı yox imiş.

Əvvəldən aralarında intriqa olub. Bu da həmin video ilə adamı “vurub”.
Çünki bizdə insanlar ancaq gördüyünə inanır. Onu araşdırmır, öyrənmir, necə deyərlər, çox da dərinə getmir.

Belə cəmiyyətləri idarə eləmək su içməkdən daha rahatdır.

Buna görə də belə məsələlərdə rəsmi qurumlar daha ehtiyatlı davranmalıdır. Məsələni aydınlaşdırmamış qərar verilməməlidir.

Bizdə bir qadın belə bir video çəkib paylaşırsa, əsasən, iki cür reaksiya verilir:

1. Sənin orda nə azzarun var idi? İndiki qızların zibili çıxıb.

2. Necə iyrəncsiniz. Qızdı, qadındı deyə başladız vedrə bağlamağa.

Bunlar bir-birinin davamı olur, yəni əvvəlcə birinci, sonra ikinci deyilir.

İkisi də hədsiz təhlükəlidir.

Birinciyə görə ölkəmizdə qadınlar hava qaralan kimi küçəyə çıxa bilmir. Sabah nəsə olsa, deyəcəklər ki, sənün orda nə işün var idi? Bu qorxu ilə yaşayırlar hələ də.

Maraqlı beyinlər var. Məsələn, oğlana nəsə olanda demirlər ki, onun orda nə işi vardı?

Elə bilirsiniz bunu deyənlər təkcə savadsız, ağzının danışığını bilməyənlərdir?

Yox, canım üçün.

Elə adamlar deyir ki, görsəniz, eşitsəniz, ağzınız əyilər.

İkinciyə görə isə bəziləri qadın olmaqlarından yararlanıb başqalarını rahatca şantaj eləyə biləcəklərini düşünürlər. Əslində, bu qadınlar birincilərin qatilidir.

Bizim cəmiyyət elədir ki, mənasız müqayisələri sevir.

Məsələn, deyirsən ki, bu qızlar başını örtmək istəmir, qayıdılar ki, lüt gəzsinnnəəərrr?

Belə mənasız, düşük müqayisə.

Hələ ki, bu qadın məşhur biridirsə, lap vay-şivən qopur.

Rəqsanəni deyirəm.

Rusiya toylarını təsbeh kimi çevirən Rəqsanəni...

Böyük xalqın sevimli müğənnisi.

Deyirlər ki, ölkədə siyasət belədir, insanları manqurtlaşdırırlar, nə bilim TV elə, toylar belə.

Yaxşı, deyək ki, haqlınız.

Deyək ki, insanların sürətli inkişafının qabağını kəsib idarə eləmək istəyirlər.

Mən razı!

Bəs yaxşı, xaricdəki azərbaycanlılar niyə toyuna Rəqsanəni, Damlanı, Üzeyiri, Manafı çağırır?

Axı onlar başqa ölkənin mühitində, siyasətində yetişiblər.

Özü də çoxu elə orada doğulanlardır. Məktəbə də orada gediblər, universitetə də.

Nəysə, bu başqa movzudur.

Dediyim odur ki, özünüzü aldatmayın.

Hə, Rəqsanənin də adını çəkdim, ağzıma boyat şokolad dadı gəldi.

Çay da oldu zəhər...

Ölkədə də video video dalıncadı.

Əslində, pis bir şey deyil, di gəl ki, bizdə hər şey kimi bu da mənasızlaşıb.

Hə, onu deyirdim axı, Rəqsanə video çəkib ki, bəs bir polis onun evini əlindən alıb.

Niyə?

Rəqsanə ondan faizə pul alıb ödəyə bilməyib.

İki sual ortaya çıxır:

Polis niyə faizə pul verir?

Rəqsanə niyə ondan pul alır?

Ümumiyyətlə, son illərdə baş verən bəzi hadisələr polisin imicinə ciddi zərbə vurur.

Bunun ən əsaslı sübutu üzr videolarıdır.

Bu tip videolar cəmiyyətə çox pis nümunədir, çünki trendə çevrilir. Başqaları da xoşuna gəlməyən sözə görə kimisə döyüb telefonla canlı açıb üzr istədir.

Bu da cəmiyyətin pozulmasına gətirib çıxarır.

Nə Sədərək bazarının sahibinin qardaşı oğlunu tanıyıram, nə də həmin polisi.

Məqsədim düşdüyümüz vəziyyətə bir əlac qılmaqdır.

Videoda diqqətimi bir məqam çəkdi.

Rəqsanə tez-tez deyir ki, bir ana olaraq, bir qadın olaraq-filan.

Niyə də?

Sənin qadın olmağın səni imtiyazlı eləyir?

Sənin ana olmağın səni imtiyazlı eləyir?

Qətiyyən!!!

Qətiyyən!!!

Kimin cavabı olmur, deyir ki, mən qadınam, anayam, mənimlə belə danışma.

Adamlar öz cinsi ilə səni manipuliyasiya eləyir.

Səd əfsus ki, bu kişilərin də nitqinə hopub.

Tez-tez bu tip postlar çıxır qarşıma.

“O hər şeydən əvvəl qadındır”.

“Bir qadına qarşı belə hərəkət eləmək...”

Elə bilirlər ki, bununla qadını ucaldırlar.

Əksinə, bu xüsusilik səbəbindən əxlaq, namus, vicdan – bütün mənəvi xüsusiyyətlər qadına yüklənib.

Çünki bu kəndirin o biri ucu da var.

“Sən anasan, ay qız”

“Bir əyün-başua fikir verginən, ayıptı”

Belə-belə səfsətələr...

Bu kəndirin ucları birləşib hamımızın boğazına keçməmiş nələrsə eləmək lazımdır.

# 10778 dəfə oxunub

Oxşar xəbərlər

Meksika mədəniyyətinin siması - Rokfeller binasında onun freskalarını niyə dağıtmışdılar?

Meksika mədəniyyətinin siması - Rokfeller binasında onun freskalarını niyə dağıtmışdılar?

17:53 8 dekabr 2025
"Yazıları möhtəşəm bir eqoizm abidəsidir..." - Kantı rədd edən, Homeri oxuya bilməyən filosof kim idi?

"Yazıları möhtəşəm bir eqoizm abidəsidir..." - Kantı rədd edən, Homeri oxuya bilməyən filosof kim idi?

17:00 8 dekabr 2025
Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib

Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib

16:39 8 dekabr 2025
"Bu qədər tək qalmaq üçün nə etmişəm?" - Sevgilisinin dəlixanaya saldırdığı heykəltəraş

"Bu qədər tək qalmaq üçün nə etmişəm?" - Sevgilisinin dəlixanaya saldırdığı heykəltəraş

15:59 8 dekabr 2025
"Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var

"Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var

15:05 8 dekabr 2025
Qazax şairin “Qarabağ” poeması “İlin ən yaxşı kitabı”  seçilib

Qazax şairin “Qarabağ” poeması “İlin ən yaxşı kitabı” seçilib

14:24 8 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər