"Sərhədsiz incəsənət" sərgisi açıldı

"Sərhədsiz incəsənət"  sərgisi açıldı
25 may 2024
# 11:50

Müasir İncəsənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının, Birləşmiş Rəssamlar Klubunun, "Shabran Wellbeing Resort" otelinin və Xətai İncəsənət Mərkəzinin dəstəyi, Beynəlxalq Rəssamlar Klubunun təşkilatçılığı ilə "Sərhədsiz incəsənət" sərgisinin açılışı keçirilib. Sərgi dünyanın müxtəlif yerlərindən istedadlı rəssamları birləşdirən Bakı 2024 Beynəlxalq İncəsənət simpoziumunun kulminasiya nöqtəsidir.

Kulis.az xəbər verir ki, "Sərhədsiz incəsənət" sərgisində simpoziumun iştirakçıları tərəfindən yaradılmış əsərlər təqdim olunur. Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Özbəkistan və Türkiyədən olan rəssamlar incəsənətdə ənənəvi və müasir yanaşmaları birləşdirən unikal əsərlər nümayiş etdirirlər. İştirakçılar arasında Bəhram Xəlilov və Fərhad Yalquzaq (Azərbaycan), Luka Ququşvili (Gürcüstan), Yerbol Həmirov (Qazaxıstan), Maqomed Kaclayev (Rusiya), Xurşid Ziyaxanov (Özbəkistan), Fərrux Neqmatzade (Tacikistan) və Hənife və Hüsna Dişbudak (Türkiyə) var. Sərginin açılışında Tacikistan Rəssamlar İttifaqının sədri Nargis Həmidova da iştirak edib.

"Sərhədsiz sənət" sərgisi təsviri sənət vasitəsilə mədəni mübadilənin və peşəkar inkişafın vacibliyini vurğulayır.

Qeyd edək ki, sərgi mayın 29-dək ictimaiyyət üçün açıq olacaq və hər kəsə beynəlxalq yaradıcı əməkdaşlıq və ilham atmosferinə qərq olmaq imkanı verəcək.

# 2530 dəfə oxunub

Oxşar xəbərlər

“The Comeback King”  filminin treyleri yayımlandı

“The Comeback King” filminin treyleri yayımlandı

18:51 19 noyabr 2026
Xulio İqlesias  barəsində araşdırma başladı

Xulio İqlesias barəsində araşdırma başladı

17:48 19 noyabr 2026
“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

17:12 19 noyabr 2026
Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

16:47 19 noyabr 2026
Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

16:21 19 noyabr 2026
“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

15:55 19 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər