“Sənətkarın dostu” layihəsi davam edir

“Sənətkarın dostu”  layihəsi davam edir
24 iyun 2024
# 17:36

İyunun 24-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının dəstəyi ilə “Sənətkarın dostu” layihəsinin növbəti görüşü keçirilib.

Kulis.az xəbər verir ki, 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş görüşün qonağı Azərbaycanın hərbi diktoru, hərbi-vətənpərvərlik nəğmələrinin ifaçısı Şəmistan Əlizamanlı olub.

MEMİM-in əməkdaşı Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən tədbirdə 44 günlük Vətən müharibəsində Qələbənin əldə olunmasında hərbi nəğmələrin rolu, gənclərin milli ruhda tərbiyə edilməsi istiqamətində söhbət aparılıb.

Görüşdə MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov qəhrəmanlığa həsr olunmuş mövzularda müxtəlif formatlı tədbirlərin təşkilinin Mərkəzin prioritetlərindən biri olduğunu bildirib.

Görüş zamanı Şəmistan Əlizamanlı “Ana vətən”, “Cənab leytenant” və “Can Azərbaycan” Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri (bədii rəhbər - Əməkdar incəsənət xadimi Əlibala Rzayev) “Marş”, “Vətən marşı”, Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin kollektivi “Şuşa fatehləri” əsərlərini səsləndirib.

Şəhid ailə üzvləri, qazilər və Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin iştirakı ilə keçirilmiş tədbirdə qonaqları maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, “Sənətkarın dostu” layihəsi çərçivəsində mədəniyyətin müxtəlif istiqamətləri üzrə sənət xadimlərinin iştirakı ilə paytaxt və regionlarda maarifləndirici, musiqili və interaktiv görüşlərin təşkili nəzərdə tutulur.

Layihənin ilk görüşü iyunun 1-də Üzeyir Hacıbəylinin ev-muzeyində Xalq artisti, professor, pianoçu Ülviyyə Hacıbəyovanın iştirakı ilə keçirilib.

# 3103 dəfə oxunub

Oxşar xəbərlər

"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

16:26 13 noyabr 2026
“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

16:26 13 noyabr 2026
Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

15:54 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər