Şəhid maketləri ilə özlərini reklam edənlər

Şəhid maketləri ilə özlərini reklam edənlər
6 aprel 2024
# 12:00

Kulis.az Ülvi Bahadırın "Müharibədən sonra" adlı yeni yazısını təqdim edir.

Əsl müharibə müharibədən sonra başlayır...

Necə yəni əsl müharibə müharibədən sonra başlayır? Müharibə eləyirsən, qazanırsan və ya məğlub olursan, vəssalam da.

Böyüdükcə başa düşdüm ki, elə deyilmiş. Bu fikrin sahibi haqlı imiş...

Müharibə bitdi, sevindik, şadlandıq, xəyallar qurduq. Şəhidlərimizin, qazilərimizin həyat hekayələri qəlbimizi yaraladı.

Ancaq bütün bunların fonunda elə hadisələr yaşandı ki...

Məsələn, şəhid maketləri...

Az qala, hər şəhid evində var bu maketlərdən.

Bu, ilk baxışdan yaxşı bir şey kimi görünür.

Şəhidlərimizi unutdurmuruq, onları daima diqqətdə saxlayırıq. Ailələrinə, övladlarına qayğı ilə yanaşırıq. Amma və lakin elə deyil.

Bu, açıq-aydın travmadır. Körpə uşaqlar atasının maketini qucaqlayır. Onun üçün atası hələ də ölməyib. Yaşayır. Sənə, mənə görə o maketdir. O körpəyə görə isə atasıdır.

Bəs sonra? Gələcəkdə necə olacaq? Nə vaxta qədər davam eləyəcək?

O uşaqlar böyüyəcək, bağçaya, məktəbə gedəcək. Orada onları nələr gözləyir?

Bəzən heç uşaq da olmur. Maketi hazırlayıb anasına verirlər.

Dərdi, qubarı azmış kimi bir tərəfdən də bu...

Hər gün oğlunun maketi ilə yaşayan qəlbi qubarlı atalar, analar...

İndi deyə bilərsiniz ki, bəs heç kim məcbur eləmir, özləri istəyirlər.

Kimdir günahkar?

1-2 dəfədən sonra trendləşir, vərdişə çevrilir, adiləşir.

Nəsə trendə çevriləndə də hamı onu eləmək istəyir. İnsan təbiəti belədir.

Üstəlik, videolar çəkilir, fona kədərli mahnılar qoyulur, böyük səhifələrdə paylaşırlar.

Yayırlar, insanların beyninə salırlar belə şeyləri.

Qəribədir ki, oxumuş, savadlı adamların içində də belə şeylərə normal yanaşanlar olur.

Yenə də deyirəm, bu, travmadır. Övlad üçün də, həyat yoldaşı üçün də, valideyn üçün də... Və nəhayət, xalq üçün, bizim üçün də.

Nə vaxta qədər belə yaşayacağıq?

Şəhidlərimiz bunun üçün canlarını fəda eləməyib. Onların üzərindən reklam kampaniyası aparmaq, pul qazanmaq əxlaqsızlıqdır.

Qabağımıza çıxan hər videoya kövrəlib, ağlayıb keçirik. Mahiyyətinə varmırıq.

Şəhid maketləri ilə özlərini reklam edən möhtəkirləri cəzalandırmaq lazımdır.

Həssas məsələdir, düzü, hökm vermək də olmur, hərə bir tərəfdən cumur adamın üstünə... Ancaq ayıbdır, vallah, ayıbdır.

Nəhayət, ayılmaq vaxtıdır. Ordumuz qələbə qazandı, qalır bizim qələbə qazanmağımız.

# 6420 dəfə oxunub

Oxşar xəbərlər

Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

12:00 28 fevral 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:16 28 fevral 2026
Əlimizdə çarə yox, cəmiyyəti sel aparıb - Aliminə, ağsaqqalına lağ edən naqqallar

Əlimizdə çarə yox, cəmiyyəti sel aparıb - Aliminə, ağsaqqalına lağ edən naqqallar

10:26 28 fevral 2026
Məşhur meyxanaçı vəfat etdi

Məşhur meyxanaçı vəfat etdi

09:54 28 fevral 2026
Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi anıldı

Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi anıldı

17:40 27 fevral 2026
İspaniya "Avroviziya"  qaydalarını dəyişmək istəyir

İspaniya "Avroviziya" qaydalarını dəyişmək istəyir

16:40 27 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər