Rus Dram Teatrının kollektivi Belarusda çıxış edib

Rus Dram Teatrının kollektivi Belarusda çıxış edib
27 mart 2025
# 16:30

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı ilk dəfə olaraq Belarusun Mogilyov şəhərində keçirilən Beynəlxalq Gənclər Teatr Forumu "[email protected]"də iştirak edib.

Kulis.az xəbər verir ki, martın 20-27-də keçirilən forum çərçivəsində teatrın baş rejissoru, Azərbaycan Xalq artisti Aleksandr Şarovskinin "Kresloda oturan kişiyə sevgi ittihamı" tamaşası Belarusda nümayiş etdirilib.

Uğurla nümayiş olunan bu tamaşa Azərbaycanın Xalq artisti Nataliya Şarovskayanın yubileyinə həsr edilib.

Qeyd edək ki, Belarusa səfər çərçivəsində teatrın kollektivi, Mogilyov şəhərinin fəxri vətəndaşı, Sovet İttifaqı Qəhrəmanı, Lenin ordeni, dörd Qırmızı Bayraq ordeni, ikinci dərəcəli Kutuzov və Xmelnitski ordenləri ilə təltif edilmiş azərbaycanlı polkovnik Aslan Vəzirovun abidəsi önünə gülqoyma mərasimində iştirak edib.

# 1989 dəfə oxunub

Oxşar xəbərlər

Səlim Babullaoğlu Moldovada xüsusi mükafata layiq görüldü

Səlim Babullaoğlu Moldovada xüsusi mükafata layiq görüldü

22:03 18 oktyabr 2026
Ahmet Bican Ercilasun: "Gülçöhrə və Əsgər"i izləmək belə Azərbaycanı qorumaq üçün yetərli səbəbdir..."

Ahmet Bican Ercilasun: "Gülçöhrə və Əsgər"i izləmək belə Azərbaycanı qorumaq üçün yetərli səbəbdir..."

11:40 18 oktyabr 2026
"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi  Üzeyir Hacıbəyliyə  yazdığı ərizədə nəyi rica edirdi?

"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi Üzeyir Hacıbəyliyə yazdığı ərizədə nəyi rica edirdi?

10:30 18 oktyabr 2026
18 oktyabr - Müstəqillyin Bərpası Günüdür

18 oktyabr - Müstəqillyin Bərpası Günüdür

10:00 18 oktyabr 2026
Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

14:50 17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

14:15 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər