Roman müsabiqəsinin II seçim mərhələsinin nəticələri açıqlanıb

Roman müsabiqəsinin II seçim mərhələsinin nəticələri açıqlanıb
29 noyabr 2022
# 15:42

Gənclərin roman müsabiqəsinin II seçim mərhələsinin nəticələri və “Qısa siyahı”sı açıqlanıb.

Kulis.az xəbər verir ki, TEAS Press Nəşriyyat evinin gənc yazıçılara dəstək məqsədilə təşkil etdiyi “Gənclərin roman müsabiqəsi”nin ikinci seçim mərhələsinin nəticələri bəlli olub.

Münsiflər heyəti ikinci mərhələnin “Qısa siyahı”sını müəyyənləşdirib. İlk beşliyə daxil olan həmin əsərlər bunlardır (sıralama şərtidir):

1. Abbaszadə Əfrail (“Mənguberdi”)
2. Əşrəfov Əşrəf (“Gecənin ən qaranlıq anı”)
3. Həmzəyev Seymur (“Nikolas Bonnet – Şərqə aparan hekayə”)
4. İsmayılov Elay (“Günah kolleksioneri”)
5. İsmayılov Pərvin (“Xanədan”)

Müsabiqənin yekun mərhələsində iştirakçılar arasından üç qalib seçiləcək və onlar ümumi qaydaya uyğun olaraq mükafatlandırılacaqlar.
– I yerin sahibinə 2000 (iki min) AZN məbləğində pul mükafatı veriləcək, qalib müəllifin əsəri TEAS Press Nəşriyyat evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində həmin kitabın təqdimatı keçiriləcək.
– II yerin sahibinə 1500 (min beş yüz) AZN məbləğində pul mükafatı veriləcək.
– III yerin sahibinə 1000 (min) AZN məbləğində pul mükafatı veriləcək.
Müsabiqənin nəticələri 2022-ci il dekabrın 15-də təşkil olunacaq mükafatlandırma mərasimində açıqlanacaq.
Qeyd edək ki, TEAS Press Nəşriyyat evinin bu layihəni həyata keçirməkdə əsas məqsədi yeni imzaların üzə çıxarılmasına və gənc yazarların tanıdılmasına dəstək olmaqdan, həmçinin ümumbəşəri dəyərləri təbliğ edən mövzuları roman janrı vasitəsilə oxuculara çatdırmaqdan və ədəbi rəqabət mühitinin inkişafına töhfə verməkdən ibarətdir.

# 2893 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər