“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa - “Neytral zona”

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa - “Neytral zona”
7 may 2024
# 12:00

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi çərçivəsində Türkiyənin Trabzon Sənət Teatrı Bakıda Firuz Mustafanın “Neytral zona” tamaşasını təqdim edib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Teatr Xadimləri İttifaqı sədri vəzifəsi səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov sözügedən layihədən danışıb. Bildirib ki, ötən illər ərzində Layihə çərçivəsində bəzi teatrlar Teatr Xadimləri İttifaqının səhnəmizdə maraqlı tamaşalarla çıxış edib.

Trabzon Sənət Teatrının 1993-cü ildən fəaliyyət göstərdiyini diqqətə çatdıran H.İsmayılov qeyd edib ki, sənət ocağının yaradıcısı və bədii rəhbəri Necati Zengindir və o, teatrda çox sayda tamaşaya quruluş verilib. Bu tamaşaların əksəriyyəti türk və dünya dramaturqlarının əsərləri əsasında hazırlanıb. Türkdilli xalqların dramaturgiya nümunələri teatrın repertuarında möhkəm yer tutur. Ötən 30 il ərzində Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi teatrı daim dəstəkləyib. Trabzon Sənət Teatrı Ankara, İstanbul, Qars, Ərzurum, Ordu və digər əksər şəhərlərdə çıxış edib.

“Teatr 2006 və 2009-cu illərdə Gürcüstanda uzunmüddətli qastrollarda iştirak edib. Repertuarında bir çox klassik və müasir dramaturqların əsərlərinə müraciət olunub. Buna misal olaraq, Maksim Qorkinin “Birincilər”, Eduardo de Filipponun “Milyonçu Napoli”, Nazim Hikmətin “Fərhad və Şirin”, Yaşar Kamalın “Yer dəmir, Göy bakir”, Əziz Nesinin “Qaragözün antenorluğu”, Çingiz Aytmatovun “Dənizdə ala köpək”, Tufan Minulinin “Şeytana lənət” və digər müəlliflərin əsərlərinin adlarını çəkmək olar. “Neytral Zona” indiyə qədər bir sıra ölkələrin - Türkiyə, Ukrayna, Azərbaycan və Rusiyanın teatrlarında uğurla oynanılıb. Səhnə bədii rəhbəri Necati Zəngin, rejissoru Cemire Can Avçıdır”,- deyə o əlavə edib.

Tamaşanın nümayişindən sonra Trabzon Sənət Teatrı və sənət ocağının bədii rəhbəri Necati Zengin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə əsasən mükafata layiq görülüb. Həmçinin Əməkdar incəsənət xadimi Firuz Mustafa “Neytral zona” tamaşasının orijinal ədəbi materialına görə İttifaqın Fəxri fərmanı ilə təltif olunub.

# 2132 dəfə oxunub

Oxşar xəbərlər

Qordon Remzi sükan arxasına keçir: “Top Gear” efirə qayıdır

Qordon Remzi sükan arxasına keçir: “Top Gear” efirə qayıdır

10:41 26 noyabr 2026
“Duran Duran”ın gitaraçısı vəfat etdi

“Duran Duran”ın gitaraçısı vəfat etdi

10:16 26 noyabr 2026
Yasaq dil, sülhə qurban verilən ölkə, "zərərli" ”Dədə Qorqud“...- Səhənd Şəhriyara niyə müraciət etmişdi?

Yasaq dil, sülhə qurban verilən ölkə, "zərərli" ”Dədə Qorqud“...- Səhənd Şəhriyara niyə müraciət etmişdi?

10:00 26 noyabr 2026
Xalq artisti Elmira Şabanova vəfat etdi

Xalq artisti Elmira Şabanova vəfat etdi

18:59 25 noyabr 2026
Nik Keyv 40 il əvvəlki konsertin  itmiş görüntülərini yayımladı

Nik Keyv 40 il əvvəlki konsertin itmiş görüntülərini yayımladı

18:17 25 noyabr 2026
Məşhur rəssamın əsərləri açıq hava heykəl parkında təqdim olundu

Məşhur rəssamın əsərləri açıq hava heykəl parkında təqdim olundu

17:42 25 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər