"Qıfıl" filminin çəkilişləri üçün hazırlıqlar başladı

"Qıfıl" filminin çəkilişləri üçün hazırlıqlar başladı
17 aprel 2024
# 16:30

“Nova Gorica” kino mərkəzində “Qıfıl” adlı tammetrajlı bədii filmin hazırlıqları başlayıb.

Kulis.az xəbər verir ki, komik melodram janrında olacaq filmin çəkilişlərinə iyul ayında başlanılması planlaşdırılır.

Filmin mövzusuna əsasən Zeli (Zeynalabdın) kəndlərindən bir qız sevir. Lakin qıza başqa biri elçi düşür. Zeli də falçıya müraciət edərək toyun baş tutmasına mane olmaq istəyir. Falçı ona bir qıfıl verir ki, sevdiyi qızın valideynlərinin ağzı bağlansın. Qıfılı hasardan həyətə atanda isə təsadüfən nənənin sinəsinə dəyir. Nənənin ölməsindən qorxan ailə toyu tezləşdirir. Arzusu ürəyində qalan Zeli bu hadisədən sonra kor-peşman Bakıya gedir. O, kəndə bir də xəzəl düşəndən sonra qayıdır. Bəlkə, qızı görər deyə, yolunu onların qapısının ağzından salır. Əlbəttə, Zeli artıq ər evində olan qızı görmür. Birdən gözlərindən iki damla yaş gilələnir və ürəyində falçı Aminəni söyür.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Tahir Tahiroviç, quruluşçu operatoru Rafiq Əliyev, bəstəkarı Lalə Əhmədova, kreativ produseri İradə Bağırzadə, baş prodüseri Vidadi Rüstəmovdur.

Layihə Mədəniyyət nazirliyinin “Tammetrajlı bədii film layihələrinə dəstək-2022” müsabiqəsinin qalibləri sırasında olub və hazırda filmin kastinq prosesi gedir.

# 3624 dəfə oxunub

Oxşar xəbərlər

30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

14:54 13 noyabr 2026
Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

14:27 13 noyabr 2026
Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

14:13 13 noyabr 2026
Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

14:00 13 noyabr 2026
Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

13:38 13 noyabr 2026
Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

13:32 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər