Qazaxıstan paytaxtında Azərbaycan Mədəniyyəti Günləri

Qazaxıstan paytaxtında Azərbaycan Mədəniyyəti Günləri
24 sentyabr 2024
# 11:06

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 24-26 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

Kulis.az xəbər verir ki, Mədəniyyət günləri ilə bağlı ölkəmizin incəsənət ustaları, bədii kollektivlər, yazarlar, media nümayəndələri Astanaya gediblər.

Mədəniyyət günlərinin proqramına uyğun olaraq, sentyabrın 24-də saat 15:00-da Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” ədəbi-poetik məclisi keçiriləcək.

Həmin gün saat 20:00-da K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında etno-caz konserti təqdim olunacaq.

Mədəniyyət günləri 25 sentyabr tarixində də maraqlı tədbirlərlə yadda qalacaq. Saat 11:00-da Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan Milli Kitabxanası ilə adıçəkilən kitabxana arasında əməkdaşlığa dair memorandum imzalanacaq və kitabxanada “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olacaq.

Saat 12:00-da eyni məkanda Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədi məhəbbətin tarixçəsi” kitabının təqdimatı keçiriləcək.

Həmin gün saat 17:30-da Astananın Mira və Soglasia Sarayında “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunacaq. Axşam saat 19:00-da isə burada Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçiriləcək.

Sentyabrın 26-da saat 11:00-da Qazaxıstan Respublikasının Milli Muzeyində Azərbaycan incəsənəti ilə bağlı mühazirələr təşkil olunacaq. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova “1920-1980-ci illərdə Azərbaycanda rəngkarlıq və qrafika”, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova “Təbriz məktəbi miniatürü”, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Əminə Məlikova “Azərbaycan Milli Xalça Muzeyi. Müasir məkanda qədim incəsənət" mövzularında çıxış edəcəklər.

Axşam saat 19:00-da K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə qala konsert keçiriləcək.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Bakıda Qazaxıstan Respublikasının Mədəniyyət Günləri keçirilib.

# 2611 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər