Qapaq, diş çöpü, divar kağızı, şərf və tale - Yazıçıların qəribə ölüm səbəbi

Qapaq, diş çöpü, divar kağızı, şərf və tale - Yazıçıların qəribə ölüm səbəbi
3 dekabr 2024
# 17:00

Bəzi yazıçılar mətnlərindən əlavə, qeyri-adi, müəmmalı ölümləri ilə də xatırlanırlar.

Kulis.az qeyri-adi ölümü ilə seçilən yazıçıların bir neçəsini təqdim edir.

Edqar Allan Po (1809–1849)

Ponun ölümü indiyə qədər sirr olaraq qalır. O, Baltimor küçələrindən birində huşsuz tapılıb və bir neçə gün sonra ölüb. Ölüm səbəbi bəzi mənbələrdə alkoqol zəhərlənməsi, beyin iltihabı, bəzi mənbələrdə isə cinayət əməli göstərilib.

Qeyd edək ki, o tapılanda əynində başqasının paltarı varmış. Şübhəli suallar bu günəcən cavbsız qalıb.

Franz Kafka (1883–1924)

Kafka vərəm xəstəliyindən ölüb, lakin ölümünü qeyri-adi edən onun aclıq çəkməsi idi. Boğazındakı ağrılar səbəbindən yemək yeyə bilmirmiş.

Bir növ, o, əsərlərindəki obrazların taleyini yaşayıb.

Oskar Vayld (1854–1900)

Vayld Parisdə yoxsulluq içində öldü. Ölüm səbəbi meningit göstərilsə də, bəzi mənbələrə görə o, divar kağızlarından zəhərlənib.

Belə ki, Vayld ölümündən əvvəl zarafatla demişdi: "Ya bu divar kağızı gedəcək, ya da mən!".

Tinnis Vilyams (1911–1983)

Amerikalı dramaturq Vilyams şüşə dərman qabının qapağını udub və boğularaq ölüb.

Şervud Anderson (1876–1941)

Anderson kokteyl içdiyi vaxt təsadüfən diş çubuğunu udur. Beləcə, onun qan dövranı pozulur.

Demək olar ki, onun ölümü öz hekayələrindəki absurd hadisələrə bənzəyir.

Mark Tven (1835–1910)

Tven ömrü boyu Halley kometası ilə maraqlanmışdı. Qəribədir ki, o, məhz kometanın dünyaya yaxınlaşdığı il doğulub və kometanın növbəti yaxınlaşdığı il də vəfat edib.

Tven özü də bunu təxmin edibmiş: "Halley kometası ilə birlikdə dünyaya gəldim və onunla da gedəcəyəm".

Albert Kamyu (1913–1960)

Kamyu maşın qəzasında ölüb. Ancaq maraqlıdır ki, onun cibindən Parisə qatar bileti tapılıb. O, məhz təhlükəsizlik məqsədiylə qatarla getmək istəyirmiş...

İsadora Dunkan (1877–1927) (Dramaturq və rəqqasə)

Dunkan avtomobilə minmək istəyirmiş, ancaq onun uzun şərfi maşının təkərinə ilişib və dramaturq boğulub ölüb.

Yukio Mişima (1925–1970)

Mişima Yaponiyanın ən məşhur yazıçılarından biri idi. O, harakiri (qılıncla intihar ritualı) edərək həyatına son qoyub.

Virginia Vulf (1882–1941)

Vulf uzunsürən depressiyadan sonra ciblərinə daş doldurub və özünü çaya atıb.

# 2489 dəfə oxunub

Oxşar xəbərlər

Sənətinin Məcnunu Həsən Əbluc - Onu niyə hər ay Moskvaya dəvət edirdilər?

Sənətinin Məcnunu Həsən Əbluc - Onu niyə hər ay Moskvaya dəvət edirdilər?

18:15 22 aprel 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:18 22 aprel 2026
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev... - 72 minlik dələduzluq etdi, həbs olunmadı

Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev... - 72 minlik dələduzluq etdi, həbs olunmadı

16:21 22 aprel 2026
“İliada” dastanına aid nadir papirus parçası tapıldı

“İliada” dastanına aid nadir papirus parçası tapıldı

15:50 22 aprel 2026
Gəncədə folklorun mədəni inkişafdakı rolu ilə bağlı seminar təşkil olunacaq

Gəncədə folklorun mədəni inkişafdakı rolu ilə bağlı seminar təşkil olunacaq

14:20 22 aprel 2026
“Azərbaycan klassik ədəbiyyatı: dünəndən bu günə”  adlı tədbir keçiriləcək

“Azərbaycan klassik ədəbiyyatı: dünəndən bu günə” adlı tədbir keçiriləcək

13:47 22 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər