Qadınların pula görə hər şeyə susduğu seriallar - "Alatava"nın zəif nöqtələri

Qadınların pula görə hər şeyə susduğu seriallar -  "Alatava"nın zəif nöqtələri
13 iyun 2024
# 15:04

Kulis.az Malik Atilayın ""Alatava"nın zəif nöqtələri" yazısını təqdim edir.

Etik deyil, ətək dəyərləri olan, katibənin müdirin oynaşı olduğu, kişilərin xəyanətkar, qadınların pul qarşılığında hər şeyə susduğu gözəlim televiziya "seriallarının" şprisdə dərman misalı, reytinq xətrinə evimizin və beynimizin içinə injekt edildiyi bir vaxtda cəmi 10 seriya ilə yenidən televizor pultunu əlimizə götürməyə köməkçi olan "Alatava" serialına, İctimai TV-ə sonsuz təşəkkür edirəm öz adımdan.

İndi keçək məsələnin Mustafasına...

Alatava həyatdan bir parçanımı göstərirdi bizə? Göstərirdi. İndi yaddaşımızın dərinliyinə ensək, xüsusən də, Sovetski, Dağlı məhəlləsi, Kubinka, Papanin kimi köhnə məhəllələrdə yaşayan dostlar, Aliki hamımız görmüşük evimizin küçəsində, Malış hər məhəllədə eyni ilə bu cür cansız olub, peşəsi nə olsa belə hər məhəllənin öz Fərmayılı olub, hər məhəllədə sakit yay axşamı Vidadi bahalı maşından düşüb. Görmüşük axı bunları...

Bəs yaxşı burda bir çox adamda bu qədər qıcıq yaradan nədir?

Ssenari zəifdir desən, şübhəsiz ki, zəif nöqtələri, çiy, dadsız-duzsuz səhnələri var. Gəl ki, bunlarla yanaşı çox ustaca işlənmiş detallara da sahibdir.

Söyüş söyülməyi desən, burda kim hara çəkirsə çəksin, personajların iç dünyasının təzahüründə çox əla və kiçik ölçülü olsa belə cəsarətli rol oynaya bilib.

Bir çox adamda qıcıq yaradan şey əslində, nə bu saydıqlarım, nə də saymadığım bir çox səbəbdir. Hamının tanıyıb, çoxunun sevmədiyi adamların amma gərçək həyatın, bu şəhərin içindən olan adamların bu qədər canlı-qanlı şəkildə heç ummadığımız yerdə, televizorda qarşımıza çıxmasıdır...

"Alatava"dan sonra indi sökülsə belə yolumuzun bir dəfə də Dağlı məhəlləsindən keçməsi arzusuyla...

# 3142 dəfə oxunub

Oxşar xəbərlər

“Oasis”  “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

“Oasis” “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

12:38 14 noyabr 2026
Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

11:52 14 noyabr 2026
“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

11:03 14 noyabr 2026
Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

10:29 14 noyabr 2026
Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər